Yuxarı

Buna görə ordumuz ən güclülər sırasındadır - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandan hərbiçilərə hər zaman qayğı və diqqətlə yanaşıb.

Bunu Axar.az-a Prezident İlham Əliyevin Sabunçuda hərbçilərə yeni mənzillərin verilməsi ilə bağlı təşkil edən mərasimdə söylədiyi nitqi şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, məhz Ali Baş Komandanın qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusundan biridir:

“Azərbaycan möhtəşəm paradlar, irimiqyaslı hərbi təlimlər keçirir, eyni zamanda, azərbaycanlı mütəxəssislər beynəlxalq hərbi yarışlarda uğurla iştirak edirlər. Azərbaycan Ordusunun hər zaman olduğu kimi, bu gün də yeni və müasir silahlarla təmin olunması prosesi davam etdirilir. Əlbəttə ki, bu qayğı paralel olaraq orduda xidmət edən şəxsi heyətin sosial və məişət vəziyyətinin yaxşıdırılmasında, hərbiçilərin evlərlə təmin edilməsində də özünü göstərir. Ötən gün də həmin sevincə qatılan çoxlu hərbiçi ailələrin bayram günü idi. İndiyə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Son illərdə bir çox hərbi şəhərciklərdə əsaslı təmir işlərinin aparılması hərbçi, əsgər və zabitlərin xidmət şəraiti yaxşılaşmasına gətirib çıxarıb. Əsgər arxa cəbhədən nə qədər arxayın olacaqsı, hərbi uğuru da bir o qədər yüksək olacaq”.

Ş.Ramaldanov qeyd edib ki, Ali Baş Komandan təkcə hərbiçilərin deyil, ən yüksək zirvələrdə xidmət edən əsgərlərin də şəraitinin yaxşılaşdırmasına, cəbhə bölgəsində müasir avadanlıqla təmin olunmuş hərbi şəhərciklərin qurulmasına da xüsusi diqqət göstərir:

“Hərbiçilərə ayrılan evlər tam təmirlidir və bütün lazımı avadanlıqlarla təmin edilib. Azərbaycan rəhbərinin bu tədbirdə şəxsən iştirak etməsi və mənzillərin açarlarını hərbiçilərə birbaşa özü təqdim etməsi bu bayrama xüsusi rəng qatdı. Ali Baş Komandanın bu xüsusi qayğısında məqsədi gələcəkdə bütün hərbiçilərin mənzillərlə təmin olunmasını təşkil etməkdir. Eyni zamanda, artıq xidmət müddəti çatmış, ancaq evlə təmin olunmayan hərbiçilər unudulmayıb. Onların adı da siyahıdadır və bu da Azərbaycan Silahlı Qüvvələrində xidmət edən və xidmət edəcək heyətin ruh yüksəkliyinə və daha ürəkli xidmət etməsinə təkan verəcək”.

Tarix
2018.12.18 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla