Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2018


Səlim Müslümov 53 yaşını qeyd edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun doğum günüdür.

Nazir 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.

2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

S.Y.Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

17.01.2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilmişdir.

22 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərində sərbəst danışır.

Evlidir, 3 övladı var.

Tarix
2014.11.01 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şəhid varislərinə 58 milyon ödəyəcəyik, sonra... - Nazir

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi… - Millət vəkili

Prezident böyük bir humanizm sərgilədi

Bu, birbaşa Prezidentin diqqətindədir - Millət vəkili

Rəsmi Parisdən Bakının etirazına - Cavab

Qarabağ erməniləri Bakı ilə danışıqlara gedə bilər

Makronun reytinqi düşdü: Trampla gərginliyin səbəbi...

Taliblər hakimiyyətə qayıdır: ABŞ bacarmadı – Şərh

Abel Məhərrəmovun qardaşı vəzifədən çıxarıldı? – Rəsmi

KTMT-nin Ermənistan problemi: Rəsmi İrəvanın qısqanclığı...

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla