Yuxarı

İlham Əliyev İlin Dövlət Adamı elan olunub - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda keçirilən III Xəzər Forumu başa çatıb.

Forumun sonunda mükafatlandırma və Qala gecə keçirilib.

Təşkilatçı və sponsorlara mükafatların təqdim olunmasının ardından forumun fəxri qonaqları - Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım nitq söyləyiblər.

Bunun ardınca Xəzər Forumunun müəyyənləşdirdiyi mükafatlar elan olunub.

İlin Dövlət Adamı adına Azərbaycan prezidenti İlham Əliyev layiq görülüb. Mükafatı Prezident Adminidtrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova T. Yıldız təqdim edib.

İlin Layihəsi Bakı-Tiflis-Qars dəmiryolu layihəsi elan olunub. Mükafatlar B. Yılıdrım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladzeyə təqdim olunub.

Xəzər Elm Adamı tarixçi-professor Kamal Karpat elan olunub, mükafatı ona ARDNF sədri Şahmar Mövsümov təqdim edib.

Xəzər İdman Mükafatı Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova verilib.

İlin qəzetçisi "Huriyyet Daily News" qəzetinin baş redaktoru Murat Yetkin, İlin televiziya jurnalisti isə NTV-nin proqram aparıcısı Oğuz Haksevər elan ediliblər.

Xəzər Sənət Mükafatı isə Azərbaycan sənətçisi Tünzalə Ağayevaya verlib.

Sonda Türkiyədə çəkilmiş, Qarabağ müharibəsindən bəhs edən "Qafqaz" filmindən seçmə fraqmentlər nümayiş etdirilib. Filmin yaradıcı heyətinə də mükafat təqdim olunub. Mükafatı millət vəkili Qənirə Paşayeva təqdim edib.

Forum konsert proqramı ilə yekunlaşıb. (APA)

Tarix
2013.12.05 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla