Yuxarı

Cəmil Həsənli Siyavuş Novruzovu mitinqə dəvət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu mitinqə gələnlərin sayını kimsə dəqiq bilmək istəyirsə, buyursun gəlsin mitinqə. Gəlib qapının ağzında durub saya bilər"

"Fəaliyyəti olmayan qurum necə mitinq təyin edə bilər? Bu gün Milli Şuranın durumu çox acınacaqlı bir vəziyyətdədir. Orada heç kim yoxdur. Mitinqi kim edir? Bu, hələ müəyyən deyil. Bunların hələ seçki qabağı təyin etdikləri mitinqə 500 adam gəlirdi, indi kim gələcək?" Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov "Hafta.az"a açıqlamasında bildirib.

Siyavuş Novruzova cavab gecikməyib. Milli Şuranın sədri Cəmil Həsənli "Hafta.az"a açıqlamasında deyib ki, onlar üçün mitinqdə say önəmli deyil. Kiməsə maraqlıdırsa, buyurub gəlib saya bilər: "Mən indiyə qədər mitinqə gələnləri saymamışam. Kim gəlibsə, meydanda olub. Əgər bu mitinqə gələnlərin sayını kim dəqiq bilmək istəyirsə, buyursun, gəlsin mitinqə. Gəlib qapının ağzında durub saya bilər".

Milli Şuranın sədri əlavə edib ki, bu mitinq həm də onun gənclərlə bir növ görüşü də hesab oluna bilər: "15 dekabr mitinqi gənclərin təşəbbüsüdür. Mən də dəvəti məqbul hesab edib, mitinqə gələcəm. Orada çıxış da edəcəm. Bu mitinq, eyni zamanda, mənim gənclərlə görüşümdür".

Milli Şura qiymət artımına etiraz olaraq 15 dekabra mitinq təyin edib. Qurumun Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətdə aksiyanın saat 16:00-dan-18.00-dək aşağıdakı meydanların birində keçirilməsi istənilir:

Yasamal rayonunda yerləşən "Məhsul" stadionu;

Nəsimi rayonu Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança;

"Ulduz" metrostansiyası qarşısındakı park;

Binəqədi rayonu, "Dərnəgül" metrostansiyasının dəmiryol tərəfindəki çıxışı;

Nərimanov rayonunda yerləşən Nərimanov parkı.

Tarix
2013.12.08 / 14:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla