Yuxarı

Məmməd Məmmədovun oğlu bank sədri təyin edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azər-Türk Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın ali idaretmə orqanlarının yeni tərkibi seçilib.

Axar.az xəbər verir ki, Müşahidə Şurasına Famil İsmayılov sədr, Samir Nəsibov və Müğdət İsmayılov üzv seçiliblər. Audit Komitəsinə seçkini isə Fuad Gəncəliyev qazanıb.

Üç nəfərdən ibarət olan İdarə Heyəti və sədri də yenilənib. Elmar Məmməd oğlu Məmmədov İdarə Heyətinin sədri seçilib. Fərhad Əsgər oğlu Adıgözəlov və və Rumiyyə Ağacəfər qızı Məmmədova isə sədr müavini olaraq təsdiqləniblər.

Qeyd edək ki, "Azər-Türk Bank"da bu dəyişiklik Mərkəzi Bankın nizamnamə kapitalını 5- milyona qaldırmaqla bağlı tələbidir. Banklar ya bu tələbi yerinə yetirməli, ya digər bankla birləşməli, ya da başqa fəaliyyətlə məşğul olmalıdırlar.

Səhmdarların iclasında ilin sonuna qədər "Azər-Türk Bank"ın nizamnamə kapitalının 50 milyon manata çatdırılması da qərara alınıb. Başqa sözlə desək, bank öz fəaliyyətini qorumaq üçün səfərbər olunub.
Xatırladaq ki, "Azər-Türk Bank"ın yeni sədri Elmar Məmmədov 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini "Kapital Bank"da davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib.

Elmar Məmmədov "Azərsığorta" Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.

Tarix
2014.12.09 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla