Yuxarı

İcra başçısının müavini vəzifədən niyə azad olundu? – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon icra başçısının müavini, Sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Arzu Şahbazov vəzifəsindən azad edilib. 


Bu barədə Axar.az-a Kürdəmir Rayon İcra Hakimiyyətindəki etibarlı mənbədən məlumat daxil olub. 


Mənbə icra başçısının müavininin vəzifəsindən 20 gündən çox müddətdir ki, ayrıldığını deyib. Arzu Şahbazovun vəzifəsindən ərizəsi ilə səhhətilə əlaqədar uzaqlaşdığı bildirilib.


Rayon icra başçısının vəzifəsindən azad olunması ilə bağlı məlumat Kürdəmir Rayon İcra Hakimiyyətindən də təsdiqlənib. İdarədən adı çəkilən şəxsin artıq xeyli müddətdir ki, vəzifə başında olmadığı söylənilib. 


Qeyd edək ki, bir müddət öncə Kürdəmir İcra Hakimiyyətinin vəzifəli şəxsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamışdı. Araşdırma zamanı "Avtotransyol" MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovun əlbir olaraq Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitini mənimsədikləri aşkar olunmuşdu. Hər iki şəxs həbsdədir.


Həmin ərəfədə Kürdəmir rayon icra başçısnın birinci müavini Tacəddin Novruzov da Arzu adlı şəxsin istintaqda ifadəsinin alındığı, vəzifədən isə uzaqlaşdırıldığını bildirmişdi. Ancaq T.Novruzov Arzunun soyadını bilmədiyini və daşıdığı vəzifəni açıqlamamışdı.

Tarix
2014.12.15 / 21:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla