Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Oktyabr 2018


“Həbslər bundan sonra da davam edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə dinamik bir ölkə olduğundan bir tərəfdən həbslər, başqa bir tərəfdən isə PKK ilə mübarizə davam edir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Türkiyədəki hazırkı vəziyyətin bir qədər qeyri-stabil olmasına baxmayaraq, bunun hər hansı bir problem yaratmayacağını bildirib:

"Çünki ölkədə bütün baş verənlərlə yanaşı iqtisadiyyat da güclü inkişaf edir. PKK 30 ildən çoxdur ki, Türkiyəni təhdid edir, Ankara isə bu təhlükə ilə mübarizə apara bilir. Artıq müəyyən qədər fasilə və atəşkəs də yaranıb. Hazırda Türkiyə üçün ən əsas təhlükə İŞİD-dir. Önəmli olan bu terrorun ölkə daxilinə irəliləməsini önləməkdir. Ancaq Türkiyə hazırkı durumda bununla da bacarır. Bu yaxınlarda İraqa silah göndərilməsi ilə bağlı razılaşma əldə olunub. O ki qaldı həbslərə, bunun baş verməsi aydın məsələdir. Ərdoğan Fətullah Gülən tərəfdarlarını əsas rəqib kimi görür. Çünki Gülən camaatı Türkiyədə müxalifətdən də böyükdür. Prezident isə devrilmək və dövlət çevrilişindən ehtiyat edir. Ərdoğan hər istiqamətdə hələ ki, öz gücünü nümayiş etdirir və zəifləmək kimi bir durumu yoxdur. Əksinə, hər seçkidə onun səs sayı çoxalır və buna görə də indi özünə çox arxayındır. Ölkə iqtisadiyyatında da hazırda elə bir ciddi problem olmadığından düşünmürəm ki, Türkiyədə yaxın aylarda hansısa təhlükə baş qaldırsın".

Politoloq Türkiyədə həbslərin bundan sonra da davam edəcəyi qənaətindədir:

"Prezident hər dəfə öz çıxışında deyir ki, Gülən qrupu çox güclü bir dövlətin içərisində yerləşir və buna görə də onun əl-qolunu kəsmək lazımdır. Bu, baş verir. Bir qrup həbs olunur, başqa bir qrup isə dövlət vəzifələrindən kənarlaşdırılır. İndi əsas hədəf Gülənin özünü Türkiyəyə gətirməkdir. Ancaq bu, çox çətin məsələdir. ABŞ-ın Güləni Türkiyəyə təslim edəcəyinə inanmıram. Amma belə bir hədəf qoyulub. Ərdoğan bu son ildə istədiyi müəyyən hədəflərə çataraq Gülən hərəkatını xeyli zəiflədə bilib".

Tarix
2014.12.29 / 11:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezidentdən şad xəbər: İranla sərhədədək yeni yol

Elmar Məmmədyarov Koveney ilə görüşdü

Müvafiq göstərişlər veriləcək - İlham Əliyev

Senator: Azərbaycanda son 15 ildə möhtəşəm dəyişikliklər...

Qarabağa aid bağlı qapılar arxasında eşitdiklərimiz... - Nazir

On beş illik prezidentlik dövrünün zəfər salnaməsi - MN

Şura yubileyini Şəkidə ictimai müzakirə ilə keçirdi – Foto

FHN-çilər Serbiyada təlimə qatıldı - Fotolar

Xalq içində biabır olmuşam - Məktəb direktoru

F-35-lərlə bağlı qadağa ləğv edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla