Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 May 2018


“Diktatorlar bu ölkələri xaosdan qoruyurdu”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərəb baharı yalnız Tunisdə müsbət nəticə verdi. Tunisdə prezident və parlament seçkisi keçirildi, yeni qüvvələr hakimiyyətə gəldi və avtoritarizmə son qoyuldu".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. Onun sözlərinə görə, digər ərəb ölkələrində hakimiyyət dəyişikliyi xaosa gətirdi. Liviyada Müəmmər Qəzzafi rejimi dağılsa da, yerində heç nə qurulmadı, əksinə ölkə bir neçə yerə parçalandı, terrorçu qruplaşmalar və qəbilələr arasında münaqişə bu gün də davam edir:

"Suriyada Əsədi devirmək mümkün olmadı, əvəzində bu ölkə bir neçə yerə parçalanıb. Ərəb baharı ölkələrində baş verən qanlı toqquşmalar, terrorçuların fəallaşması belə bir sualı aktuallaşdırdı: ərəb ölkələrinə demokratiya lazımdırmı? Çünki Səddam Hüseyn (İraq), Hüsnü Mübarək (Misir), Müəmmər Qəzzafi (Liviya), Bəşər Əsəd (Suriya), Abdulla Saleh (Yəmən) diktator olsalar da, ölkələrinin parçalanmasına, terrorçuların baş qaldırmasına yol vermirdilər. Elə ki diktaturalar zəiflədi, bütün dövlət idarələri dağıldı, vətəndaş müharibəsi başladı. Ərəb baharının üzləşdiyi ölkələrdən biri də Yəməndir. Abdulla Saleh 30 il Yəmən prezidenti olduqdan sonra onu devirdilər. Yeni seçkilər keçirildi və hakimiyyətə Mənsur Hadi gəldi. Ancaq bu dəyişiklik Yəmənə sabitlik gətirmədi, əksinə, məzhəb savaşı başladı. XXI əsrdə islam dünyasının ən böyük problemi Yəməndə də özünü göstərdi".

Politoloq islam dünyasındakı bu qarşıdurmanın ideya uğrunda deyil, məzhəb fərqinə görə olduğunu bildirib:

"İran şiələrin, Səudiyyə Ərəbistanı isə sünnilərin regional lideri rolunda çıxış edir. İran şiə hakimiyyətlərini (İraq, Suriya, Livan) və qruplaşmalarını (Hizbullah, Husilər) müdafiə edir, onları silahlandırır, maliyyə verir, Səudiyyə Ərəbistanı isə əksinə. Səudiyyə Yəməndə hakimiyyətin şiələrin əlinə keçməsini istəmir. Çünki bu halda İran Yəməndə möhkəmlənəcək və Tehran Səudiyyə Ərəbistanı, o cümlədən Bəhreyndəki şiələri də hakim rejimlərə qarşı müqavimətə çağıracaq. Ona görə də Səudiyyə Ərəbistanı Yəməni bombalayır, ilk dəfə olaraq ərəb ordusu və koalisiyası formalaşdırır. Bu koalisiyada qeyri-ərəb ölkələri - Türkiyə və Pakistan da var. Səudiyyə Ərəbistanı Pakistana maliyyə yardımı ayırır, Türkiyə ilə sıx iqtisadi əməkdaşlığı var. Buna görə də Ankara və İslamabad da Yəməndəki şiə inqilabına qarşı Səudiyyə Ərəbistanının yanında yer alıblar".

Politoloq Yəməndəki hadisələrin Azərbaycanı da çətin seçim qarşısında qoyduğunu vurğulayıb:

"Azərbaycan əhalisinin təxminən 70 faizi şiədir və buna görə də Səudiyyə Ərəbistanının ərəb dövlətləri ilə birgə Yəməndə şiə inqilabçılarını bombalaması cəmiyyətimizdə rəğbət doğurmur. Ancaq digər tərəfdən Yəməndə şiələrə qarşı blok formalaşdıran 3 dövlət - Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Azərbaycanın müttəfiqləridir. Bu 3 dövlət Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibət qurmayıb və Dağlıq Qarabağ məsələsində Bakının mövqeyini müdafiə edirlər. Belə olan halda rəsmi Bakı Yəməndəki məzhəb müharibəsinə görə müttəfiqləri ilə problem yaşamaq istəməz. Ona görə də rəsmi Bakı üçün ən yaxşısı Yəməndəki proseslərə münasibət bildirməməkdir".

Tarix
2015.04.01 / 12:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Fransalı nazir Şəhidlər Xiyabanını ziyarət etdi - Foto

Bülbüloğlu Rusiyadan əsas gözləntisini açıqladı: Qarabağ...

Petrosyan Paşinyanın çöküşünə hazırlaşır - Açıqlama

Prezidentdən anons: Bir neçə gündən sonra...

ABŞ uduzdu: Türkiyə əsas hədəfinə çatır

F-35 qadağası: Türkiyənin cavabı nə olacaq?

Bakıdan “qırmızılar” çağırıldı və Tiflis qan içində boğuldu

Heydər Əliyev məzun oldu: Prezident ADA-da - Foto

Fuad Muradov Antalyada - Foto

Bu, bizim üçün hər şeydən üstündür - Prezident

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla