Yuxarı

İran həbsdə saxladığı Babək Zəncaniyə möhtac qaldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın "rəisim" adlandırdığı Babək Zəncani "Evin" həbsxanasında saxlanılsa da, İran hökuməti ona məxsus şirkətin xidmətindən istifadə edir.

İran mətbuatına istinadən xəbər verir ki, söhbət B.Zəncaniyə məxsus "Qişm" hava nəqliyyatı şirkətindən gedir.

Belə ki, bu gün B.Zəncaniyə məxsus bu şirkətin təyyarəsi ilə İraqda olan 300 iranlı zəvvar vətənə gətirilib. Bu barədə məlumatı İranın Həcc və Ziyarətlər Komitəsinin rəisi Möhsün Nəzafəti verib.

O, İranın rəsmi xəbər agetliyi olan İRNA-ya müsahibəsində bildirib ki, "İran Air" şirkətinin təyyarəsində texniki nasazlıq yarandığı üçün İraqda olan iranlı zəvvarların gətirilməsi çətinləşib. Buna görə də komitə yeni şirkətlə əməkdaşlıq etmək məcburiyyətində qalıb.

Bir neçə hava yolları şirkəti ilə danışıqlar aparılsa da, ancaq Babək Zəncaniyə məxsus şirkət zəvvarları gətirməyə hazır olduğunu bildirib. Yanvarın 1-də aparılan danışıqlar uğurla nəticələnib və yanvarın 2-də zəvvarlar B.Zəncaniyə məxsus şirkətin təyyarəsi ilə İrana gətirilib.

Qeyd edək ki, Rza Zərrab rüşvət ittihamı ilə həbs edildikdən sonra onun Tehranda yaşayan "rəisi" Babək Zəncani də maliyyə fırıldağında günahlandırılaraq saxlanılıb (AzNews).

Tarix
2014.01.02 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla