Yuxarı

Məzahir Pənahov mətbuat konfransı keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə seçkilərə səsvermə başlayıb. Saat 8-də prosesə start verilib.

Axar.az xəbər verir ki, səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

M.Pənahov seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib.

M.Pənahov minədək məntəqədə veb-kameraların quraşdırıldığını, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilərin qeydiyyatdan keçdiyini deyib.

MSK sədri seçiciləri məntəqələrə gedərək, səsvermə prosesində aktiv olmağa çağırıb. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitəcək.

Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Tarix
2015.11.01 / 09:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla