Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


İlham Əliyev yeni məhkəmə binasının açılışında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:19

Azərbaycan Prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başlayıb.

APA-nın xəbərinə görə, səfər Zaqatala rayonundan başlanıb. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.

Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi - uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış mərasimlərinə qatılıb.

Prezident İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət başçısı Şəkidə də bir sıra obyektlərin açılışında iştirak edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib.

Görülən işlər 2011-ci ildən həyata keçirilən layihənin - Zaqatala şəhərinin qədim hissəsinin – tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamıdır. Bu ərazidəki binaların böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 2014-cü ildən başlanılan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb. Binaların fasadları təbii çay daşı və kərpiclə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir.

Burada dövlət başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verilib. Əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.

Sonra dövlətimizin başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5 milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə başlanıb. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10 metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4 metrini çiyin təşkil edir. Avtomobil yoluna 10 santimetr hündürlüyündə 2 qatdan ibarət asfalt beton örtüyü döşənib.

Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş "Qızılgül" körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Axar.az xəbər verir ki, dövlət başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.

Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolar sərgilənir. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman, oyun, musiqi zalları yaradılıb.

Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub. Bir sözlə, uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün binada hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Bina havalandırma sistemi, çamaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub. Ərazidə geniş yaşıllıq zolağı salınıb.

***

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir. 2011-ci ildən icrasına başlanan layihə iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə yolun uzunluğu 35 kilometr olan Şəki-Qax hissəsi, ikinci mərhələdə isə uzunluğu 28 kilometr olan Qax-Zaqatala hissəsi yenidən qurulub. Üçüncü texniki dərəcəli, ikizolaqlı yolun eni 12 metrdir.

Diqqətə çatdırılıb ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kədib.

Prezident İlham Əliyev inşaatçılarla xatirə şəkli çəkdirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib.

Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Burada yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə aparılan islahatlar Qoxmuq kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılıb. Sahəsi 5277 kvadratmetr olan bina üçmərtəbəlidir.

Bildirildi ki, 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompyuter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman meydançası yaradılıb və idman qurğuları quraşdırılıb.

Hazırda Şəki rayonunda 97 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və həmin məktəblərdə 24 minə yaxın şagird təhsil alır.

***

Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Kompleks təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq.

Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir.

Konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırılıb ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və məhkəmə işçilərinə Ali Məhkəmənin Plenumuna, Məhkəmə-Hüquq Şurasının, həmçinin Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına birbaşa qoşulmaq imkanı yaradılıb.

Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib. Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış ediblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyev Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub. Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2015.11.04 / 15:54
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bakı İrəvanın bu təklifini rədd etdi – Ekspert

Alverçi əxlaqlı ağxalatlılar... – Politoloqdan təklif

Putin son 26 ildə Rusiyanın ilk qələbəsini qazandı

Gələn il 4 regionda... - Nazir

Bu oyunu “Çelsi” udmadı, hakimlər uddu – Paşayeva

Azərbaycan dünya birliyinə kömək etməyə... - Nəzərova

“Adjara PS”: Əliyevin bu siyasəti... - Foto

"Bu, separatizmin nə qədər ciddi təhlükə olduğunu..."

Fransa mediasında Azərbaycan həqiqətləri... - Foto

Ramiz Mehdiyev Moskvada radikalizmdən danışdı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla