Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Noyabr 2017


Ermənilər AŞPA-da qeyri-etik ifadələr işlətdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı məruzəçi Robert Valterin hazırladığı "İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması" adlı məruzənin AŞPA siyasi komitəsinin büro iclasında səsə qoyularaq qəbul olunmasından sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərtac-a müsahibə verib.

Səməd Seyidov müzakirələrin çox gərgin keçdiyini, Ermənistan nümayəndə heyətinin üzvlərinin Robert Valterə qarşı xoşagəlməz ittihamları ilə başladığını qeyd edib. O, erməni deputatların Valteri qeyri-obyektivlikdə suçladıqlarını, AŞPA-nın etik qaydalarına sığmayan ittihamlar səsləndirdiklərini vurğuladı.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirdi ki, siyasi büronun demək olar bütün üzvləri Valterin müdafiəsinə qalxdı. Çünki burada söhbət təkcə məruzəçinin şəxsiyyətindən yox, eləcə də AŞPA-nın məruzələrinin hazırlanması ilə bağlı qəbul olunmuş standartlardan gedirdi. Ermənistan nümayəndə heyəti üzvləri bugünkü hərəkətləri ilə AŞPA-da hazırlanmış, hazırlanacaq və bu gün müzakirə olunan sənədlərin təqdim olunma prosedurunu kobud şəkildə pozurdular.

Səməd Seyidov qeyd etdi ki, erməni deputatlar artıq hazır olan bu məruzənin müzakirəyə çıxarılmasına hər vəchlə mane olmağa çalışırdılar. Onlar "Valter bu məruzənin hazırlanmasında qeyri-obyektiv yanaşmalara yol verib. Onun məruzəsi ləğv olunmalıdır. Bu məruzə qəbul edilə bilməz. Biz Ermənistanı dəstəkləyən məruzəçi tapmalıyıq. İstədiyimiz şəkildə məruzə hazırlamalıyıq" kimi fikirlər səsləndirdilər.

Əlbəttə, bu gülünc və qeyri-obyektiv, həqiqətdən uzaq mövqe siyasi komitədə dəstək tapa bilməzdi,-deyən Səməd Seyidov bu mövqeyin tam iflasa uğraması üçün komitə sədrinin bu məsələni səs verməyə çıxardığını qeyd etdi.

Azərbaycan nümayəndə heyətinin rəhbəri daha sonra dedi: "Biz əmin idik ki, erməni deputatlar bu səs vermədə uduzacaqlar. Belə də oldu. Komitənin üzvlərinin demək olar hamısı bu məruzənin müzakirəyə çıxarılmasına səs verdilər. Komitə üzvləri məruzəçini və məruzəni tam dəstəklədilər. Bu hadisə bugünkü iclasda birinci nailiyyət idi. İkinci məsələ isə o idi ki, Ermənistan tərəfi və nümayəndə heyəti Avropa Şurasının məruzəçisini Ermənistana və Dağlıq Qarabağa buraxmadı və bununla da özünü çətin vəziyyətdə qoydu. Faktiki olaraq, məruzəçiyə qarşı Avropa Şurasının qəbul olunmuş standartları yenidən pozuldu. Bütün bunlar öz əksini məruzədə tapdı. Biz çox sevinirik ki, Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilmiş etnik təmizləmələr aparılması, Azərbaycanda qaçqın və məcburi köçkünlər məsələsi də məruzəyə daxil edilib".

Çətin vəziyyətdə olmasına baxmayaraq Azərbaycan hökumətinin imkan daxilində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və sosial məsələlərinin həlli ilə bağlı gördüyü tədbirlərin də məruzədə öz əksini tapdığı qeyd olunub.

Səməd Seyidov qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin və siyasi büronun üzvü kimi o, həmin məruzəyə üç əlavə təklif edib və hər üç təklif komitə üzvləri tərəfindən dəstəklənərək qəbul olunaraq məruzəyə daxil edilib:

- Ermənistan nümayəndə heyətinin konstruktivlikdın uzaq davranışı və apardığı siyasətin pislənilməsi və bu siyasətə son qoyulması;

- Azərbaycanın işğal olunmuş ərazilərindəki –Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda vəziyyətlə bağlı məsələlərin Ermənistanın birbaşa məsuliyyəti və onun törətdiyi işğalın nəticəsi olması;

- Azərbaycanlıların Dağlıq Qarabağda qeyri–qanuni hökm əsasında girov saxlanılması və onların dərhal azadlığa buraxılması cümlələrinin məruzəyə əlavə edilməsi.

Bu gün müzakirə olunan məruzə siyasi komitənin demək olar bütün üzvləri tərəfindən qəbul olunaraq Avropa Şurasının yanvar sessiyasında açıq şəkildə müzakirəyə tövsiyə olunub.

"Bu, Azərbaycan nümayəndə heyətinin uğurudur. Ermənilərin həqiqəti gizlətmək, ona mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsində həqiqət, ədalət qalib gəlir və AŞPA–da deputatlar arasında Azərbaycanla bağlı beynəlxalq qanunun normalarına riayət edilməsinə başlanılır. Mən əminəm ki, bu məruzə yanvar sessiyasında açıq şəkildə müzakirə olunacaq və dəstəklənəcək. Bu proses Minsk qrupu çərçivəsində aparılan danışıqlara da öz töhfəsini verəcək", - deyə Səməd Seyidov bildirib.

Tarix
2015.11.04 / 23:44
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

İtaliya mediası: Avropa şəhəri olmağa can atan Bakı... - Foto

Millət vəkili nigeriyalı xanımlarla - Foto

XİN-dən Misirdəki teraktla bağlı - Bəyanat

İlham Əliyevin Brüssel səfəri başa çatdı - Foto

Azərbaycan ilə artıq 15 ildir ki... - Kezbere

Ordumuz taktiki təlimlər keçdi

Avropadakı azərbaycanlılar aksiyaya başladı - Foto

İlham Əliyev Sisiyə məktub göndərdi

Sərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokda

Qərb Türkiyədən niyə bu qədər ehtiyat edir – Şərh

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla