Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2018


QMİ-nin bəyanatına Mehdiyevdən cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bir neçə gün bundan əvvəl Qazılar Şurasının iclasında qeyri-ənənəvi islam təriqətlərinin ünvanına bu təriqətlərə xoş gəlməyən bəzi fikirlər səsləndirmişdi.

Qafqaz Universitetinin Beynəlxalq Hüquq kafedrasının rəhbəri Fərhad Mehdiyevin bu fikirlərə münasibətini ifadə edən yazını "Axar.az"a göndərib. Həmin yazını təqdim edirik:

Bu günlərdə mübahisə və müzakirə olunan məsələlərdən biri də, cavanlarımızın Suriyadakı vətəndaş müharibəsində iştirak etmələri və orda həlak olmalarıdır.

Fenomenin getdikcə artması bu problemə diqqətin artmasına gətirib çıxarıb, müxtəlif mövqelərdən xəbərdarlıq və etirazların irəli sürüldüyünü görürük. Bu arada Qafqaz Müsəlmanları İdarəsi də Suriyadakı müharibənin cihad olmadığı, orda ölənlərin şəhid olmayacağına dair bəyanat səsləndirib.

Bizim üçün əsas olan, görülən tədbirin effektivliyi və problemi düzəltmə xüsusiyyətidir. Bu baxımdan həm QMİ bəyanatını, həm də hansı addımlar atıla biləcəyinə dair mülahizə apara bilərik.

QMİ-nin bəyanatları heç bir əhəmiyyət kəsb etmir

Əvvələ, onu qeyd etməliyik ki, Suriyada vətəndaş müharibəsinə gedən azərbaycanlılar, sələfi əqidəsinə aiddir. Sələfi əqidəsinin Azərbaycanda mötəbər sayılan və bütün "milli" sələfilərin itaət etdiyi bir dini avtoritet yoxdur. Məsələn, Qamət Suleymanovu izləyən şəxslər olsa da, Əlixan Musayevi özünə rəhbər bilənlər də var. Cümə məscidinə gedənlər üçün isə heç biri dini avtoritet sayılmır. Səudiyyə Ərəbistan şeyxlərinin fitvaları, azərbaycanlı sələfilərin gözündə daha mötəbərdir. QMİ-nin bəyanatları isə, onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan, QMİ-nin bəyanatı daha əvvəl verilsəydi belə, onun daha təsirli olacağını düşünmək mümkün deyil.

Böyük siyasətdə təsadüflər olur, məsələn Frans Ferdinandın 28 İyun 1914 tarixində qətli, planlaşdırılmamış bir fakt idi. Lakin bu fakt, böyük güclərin əlində bir bəhanə oldu və onlar da bundan istifadə etdilər. Lakin müharibə kimi hadisələrdə təsadüfə yer olmur; hər şey əvvəlcədən başlayaraq planlanır və icra edilir, güclü olanın planları həqiqət çıxır. Bu sözlərimin Suriyaya aidiyyəti belədir: oradaki döyüşçülər, əslində bir oyunun maşalarından başqa şey deyildir. Oyunçular isə müxtəlifdir, düşmənlər, silah və pul verənlər, marağı pozulanlar və qorunanlar.

Dolayısıyla, istər Suriya, istərsə də sabah çıxa biləcək başqa bir müharibədə azərbaycanlıların getməsinin qarşısı başqa formada və metodlarla da alınmalıdır. Gənclərin müvafiq yöndə (tolerantlıq, zorakılıqdan uzaq durma, təhsil və karyeranın davam etdirilməsi) maarifləndirilməsi həyata keçirilməlidir. Bunlar orta məktəbin axırıncı siniflərində təlim olunmalıdır. Bunlar hansı dərsdə keçirilməli? Daha əvəllər də orta məktəblərdə sosial vərdişləri, məsuliyyəti, əxlaq və etiket qaydalarını öyrədən bir dərsin vacibliyindən danışılıb. Bu mövzular da həmin dərslərdə keçirilməlidir.

Cəfəri məzhəbinə aid olan mollanın sözünü bir sələfi niyə dinləsin ki?

Lakin bunlar da tək başına kifayət etməyəcək. Din xadimlərimiz məzhəbarası formada hazırlanmalıdır; müxtəlif məzhəblərin dəlillərini və hədis mənbələrini bilməlidir; əks halda cəfəri məzhəbinə aid olan mollanın sözünü bir sələfi niyə dinləsin ki?

QMİ-yə əl-Əzhər məzunu olan birisi gətirilməli...

Qafqaz Müsəlmanları İdarəsinin şöbələrindən birinə sələfi qrupunun əksərində sözü keçən, əl-Əzhər məzunu olan birisi gətirilməli və onun suniliyə qaçmaması şərti ilə, səmimi formada dövlət və milli maraqları qoruyucu təbliğatı təmin edilməlidir. Məsələn, Suriyadakı müharibə ilə bağlı bəyanatı da bu şəxs verməlidir. Digər tərəfdən, müxtəlif məscidlərdə keçirilən təbliğatlar, namaz arası söhbətlər də nəzarət altına götürülməlidir; bunun üçün QMİ həftəlik, ya da aylıq "mövzular" müəyyənləşdirərək məscidlərə çatdıra bilər.

Tarix
2014.02.01 / 09:00
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

Milli Dirçəliş Günü təxribat cəhdi... - Millət vəkili

XİN-dən ABŞ-a etiraz: Saakyanın səyahəti...

Radikalların Şəhidlərdəki şousu: Kərimli və Həsənli saxlanıldı

305 erməni millətçisi barəsində cinayət işi açılıb - Deputat

Nazir işdən çıxan müavinlərindən danışdı

Şəhid varislərinə 58 milyon ödəyəcəyik, sonra... - Nazir

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi… - Millət vəkili

Prezident böyük bir humanizm sərgilədi

Bu, birbaşa Prezidentin diqqətindədir - Millət vəkili

Rəsmi Parisdən Bakının etirazına - Cavab

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla