Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Moldovanın ombudsmanı
Aureliya Qriqoriu Azərbaycan qeyri-hökumət təşkilatları və mətbuat
nümayəndələri ilə görüş keçirib.
"
Axar.az"ın "
Publika.az" istinadən məlumatına görə, tədbiri giriş
sözü ilə açan ATXƏM sədri İlham İsmaylov moldovalı Ombudsmana
təşəkkürünü bildirib.
Daha sonra tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova qeyd
edib ki, Azərbaycanın ən ağrılı yarası Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi ilə bağlıdır: "Aureliya həm boyük cəsarət
göstərşdi, həm də ombudsmana məxsus bir hərəkət etdi. Bu gün biz
Aureliya xanımı yüksək dəyərləndirməkdə haqlıyıq və Aureliya xanıma
öz təşəkkürümü bildirik".
A.Qriqoriu isə bildirdi ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi
mövcuddur, bu problemin həlli istiqamətində işlər daha da
aktivləşdirilməlidir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli də
çıxış edərək Aureliya Qriqoriu Ermənistan parlamentindəki cəsarətli
çıxışına görə təşəkkür etdi. O, bir musiqiçi kimi Moldovada
Aureliya Qriqoriunun şərəfinə konsert proqramı təşkil edəcəyini
bildirdi.
Daha sonra A.Qriqoriuya insan hüquqlarını, xüsusən də Azərbaycan
xalqının hüquqlarını müdafiə etdiyinə görə Azərbaycan Milli
Qeyri-Hökumət Təşkilatları Forumu və digər QHT-lər tərəfindən bır
sıra mükafatlar, o cümlədən ilk dəfə yaradılan "Tarixi İmza"
mükafatı təqdim edildi.
Görüş çərçivəsində Muğam Klubda dövlət və hökumət nümayəndələri,
millət vəkilləri və ziyalıların iştirakı ilə Moldova ombudsmanının
şərəfinə ziyafət veriləcək.