Yuxarı

Lənkəranda avtomobil piyadanı vurub öldürdü - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda avtomobil piyadanı vurub öldürdü - Yeniləndi

21:38

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Hadisə noyabrın 17-də saat 20.30 radələrində Ələt-Astara magistralının şəhərin Ləvəngi dairəsindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakini, 1981-ci il təvəllüdlü Kənan Vidadi oğlu Qasımovun idarə etdiyi "Grand Tiger" markalı, 90 ZL 306 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəran şəhər sakini, 1937-ci il təvəllüdlü Müzəffər Fayaz oğlu Əliyevi vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.11.17 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla