Yuxarı

Azərbaycana yük gətirən TIR-lar oğurlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadan Azərbaycana yola salınan, içərisində “Veysəloğlu” və digər şirkətlər üçün yük olan ağır tonnajlı üç avtomobil yoxa çıxıb.

Ukraynanın İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, maşınlardan ikisində olan yükləri Azərbaycana göndərmək öhdəliyi olan şirkətin rəhbəri Mətləb Nəcəfov APA-ya bildirib ki, avtomobillərdən birində 20 tondan çox ət, digərində 20 tondan çox yağ, “Veysəloğlu”na yük gətirən başqa bir avtomobildə isə müxtəlif ərzaq məhsulları olub.

M. Nəcəfovun sözlərinə görə, maşınlardan biri Xmelnitski vilayətinin Starokonstantinov şəhərində, digəri isə Çerniqov vilayətinin Priluki şəhərində yüklənib: “Maşınlar qrafikə uyğun olaraq, Kiyevdən keçərək Odessaya gedib, oradan gəmilərə yüklənməliydi. Gömrük orqanlarının yoxlamasından da keçmişdi, Azərbaycana yola salınması qalırdı. Amma gözlənilmədən sürücülərlə əlaqə itdi və artıq 3 həftədir, heç bir xəbər yoxdur. Hadisə ilə bağlı dərhal yerli polisə və təhlükəsizlik orqanlarına şirkətim adından müraciət etdim. Onlar ilkin olaraq maşınların naməlum şəxslər tərəfindən oğurlandığını bildirsələr də, təəssüf ki, heç bir axtarış aparmırlar. O yüklərə mən cavabdehəm, külli miqdarda ziyana düşmüşəm”.

M. Nəcəfova onun şirkətinin yüklərini daşıyan avtomobillərin sürücülərinin pasportlarının və sürücülük vəsiqələrinin fotolarını da təqdim edib.

M. Nəcəfov digər şirkət tərəfindən “Veysəloğlu” şirkəti üçün yola salınan maşının da yüklə birlikdə eyni vaxtda yoxa çıxdığını bildirib. O, belə halların son vaxtlar artdığını da vurğulayıb.

"Veysəloğlu" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədov açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, şirkətə məxsus qida məhsullarını Azərbaycana gətirən 1 yük maşını Ukrayna ərazisində yoxa çıxıb: “Bu məsələdə "Veysəloğlu" Şirkətlər Qrupu zərərçəkmiş tərəfdir. Məsələnin hüquq müstəvisində həlli üçün artıq aidiyyəti instansiyalara müraciət edilib”.

İndiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə açıqlamasında onda bu barədə heç bir məlumat olmadığını bildirib.

Tarix
2017.03.18 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla