Yuxarı

Əməkdar artisti borca görə evdən çıxarırlar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-nə qədər mənə evimi boşaltmağa vaxt veriblər.

Bu sözləri Lent.az-a əməkdar artist Firuzə İbadova deyib. O bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılır: “Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min pul verdim. O da ilk əvvəl işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim. Vallah indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar. Bu artıq 4-cü evimdir. Buradan da çıxarırlar. İnsafın olsun, ay Orxan! Pulumu qaytar! Elə bil mənim alnıma yazılıb, hamı məni aldadır. Pulumu almayana qədər ondan əl çəkməyəcəm. Orxan pulumu qaytarmasa, gedib evlərinin qarşısında “palatka” qurub, çöldə yaşayacam. Vallah, bu adam məni çox pis hala salıb, artıq dözə bilmirəm. (ağlayır) Bunların əlindən intihar edib, özümü öldürəcəm".

O.Nadirovun dostu Vüqar Bəkirov da Lent.az-a müsahibə verərək, F. İbadovanın fikirlərini dəstəkləyib: “Orxan Firuzə xanımın qızını işə düzəltmək istəyirdi. Məhz buna görə də ondan 7 min pul aldı. Həmin pul da mənim yanımda İlhamə xanımın sözünə görə Orxana verilib. O pulun 2 minini Orxan mənə verdi ki, apar Firuzə xanıma ver, bir az vaxt istə. Mən həmin pulu Füruzə xanıma qaytarmışam. Mən tutulandan sonra Orxan qalan pulu mənim boynuma qoyub. Guya ki, bu pul mənə verilib. Amma həmin pulu Yasamal rayonunda Rabitə bankın qarşısında Firuzə xanım qızı ilə Orxana təqdim etdilər. Lombardı da Orxan tapmışdı. Firuzə xanım mənə yeni sənəd verdi. Bu vərəqdə qeyd edib ki, pulu yalnız Orxandan tələb edir. Məndən yox. Bu gün də Firuzə xanımın pulu olmadığına görə evindən çıxardırlar. Pulu yoxdu ki, gedib borcunu ödəsin. Qızıllarını lombardda qoydu”.

Tarix
2017.05.12 / 22:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla