Yuxarı

Hüseyn Cavidin xanımı Stalinə nələr yazmışdı? – Məktub

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük dramaturq Hüseyn Cavid həbs olunandan sonra həyat yoldaşı Müşkünaz xanım İosif Stalinə məktub göndərib.

Kult.az Publika.az-a istinadən həmin məktubu təqdim edir:

"Əziz yoldaş Stalin! Mən sizə ikinci dəfədir yazıram. Amma hələ də cavab yoxdur. Mənim həyat yoldaşım Hüseyn Cavid 1937-cildə Azərbaycan NKVD-si tərəfindən həbs olunub. 1939-cu ildə isə 8 illik uzaq şərqə sürgün olunub. Azərbaycan prokurorluğuna da müraciət etmişik, ancaq hələ də cavab ala bilməmişik. Hüseyn Cavid 1882-ci ildə anadan olub. 16 yaşından yazıçılıq fəaliyyətinə başlayıb. Çoxlu sayda pyeslər yazıb. Onun pyesləri gürcü, erməni və tatar xalqları arasında məşhurdur. O, ötən dekadada Türkmənistan Dram Teatrında 2 yeni pyesini hazırladı, hansı ki, sonradan hər ikisi repertuardan çıxarıldı. Son 40 ildə o, Azərbaycan mədəniyyət və incəsənətində önəmli rol oynayıb. Onu "Azərbaycanın Şekspiri” adlandırırdılar. Bədxahlar onun xalqın düşməni olduğunu deyirlər. Lakin o, heç vaxt belə olmayıb və olmayacaq da! O, incəsənətimizə əlavə qatqılar gətirə bilər. Sizin ədalətli olmağınızı nəzərə alıb, sizə müraciət etdim, yoldaş Stalin.

Sizə sədaqətli olan Müşkünaz Cavid

Ünvan: Bakı, Sovetski küçəsi, ev 92”

Xatırladaq ki, Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Kəngərli rayonunda dünyaya gəlib. "Peyğəmbər”, "Topal Teymur” əsərlərinin, "Səyavuş”, "Xəyyam” tarixi dramlarının, ilk mənzum faciənin (Şeyx Sənan) müəllifi olan Cavid əfəndi ədəbiyyatımızın dayaq sütunlarındandır.

O, 1937-ci ildə Sibirə sürgün edilib, 1941-ci ildə isə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. Görkəmli dramaturqun nəşi 1982-ci ildə Sibirdən vətənə gətirilib.

Tarix
2017.05.21 / 23:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla