Yuxarı

Ana dilinin anasını ağladan aparıcılar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telekanalların dil monitorinqi zamanı yersiz alınmaların dilə gətirilməsi, dil normalarına əməl edilməməsi, şifahi nitqin yazıya təsiri, tələsik nitq normasından istifadə kimi pozuntulara rast gəlinib. Ən çox pozuntular fonetik, leksik, qrammatik səviyyə, üslub baxımdan normadan kənara çıxma zamanı müşahidə edilib.

Publika.az xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva deyib.

Onun sözlərinə görə, dövlət televiziyası da daxil olmaqla 6 telekanal monitorinqə cəlb edilib: “Fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır. Bu da alınma sözlərin dilə uyğunlaşdırılmaması ilə əlaqədardır. Məsələn, sentyabr, tibbi, texnika, tipli sözlərdə “te” səsi “ç” kimi səsləndirilir. Fonetik səviyyədə ən çox diqqət çəkən samitlərin tələffüzü ilə bağlıdır. Məsələn, sözün əvvəlində “g” səsi, sözün sonunda “y” səsi ilə bağlı pozuntuları müşahidə edirik. Həmçinin, sözlərdə vurğunun doğru seçilməməsi kimi pozuntulara da rast gəlirik. İstanbul, Ankara, Dehli, transfer, relyef sözlərində daha çox müşahidə edirik. Yazının dilə təsiri, dialektdən irəli gələn tələffüz normalarının pozuntularını da qeydə almışıq. Biz ad çəkmək istəmirik, lakin bu cür tələffüzü hansı aparıcıların dilində rast gəlindiyini hər kəs təxmin edir. Pozuntu hallarına Azərbaycan Dövlət Televiziyasının efirində də müşahidə edirik. Çünki elə fikir yaranmasın ki, dövlət telekanaların efirində pozuntu yoxdur. Bu telekanaların aparıcılarının dilində kifayət qədər pozuntulara rast gəlirik. Ancaq bu telekanalın fərqi səhv tezliyinin digər telekanallarla müqayisədə daha az olmasıdır. Dövlət televiziyasında daha çox interferensiya hadisəsini müşahidə edirik. İctimai Televiziyada Saleh Bağırov qələbə sözünü gələbə kimi, Xəzər televiziyasının efirində səhər verilişinin aparıcısı Xanım Yadigarlı “yeməklər” sözünü “yeməylər” kimi tələffüz edib”.

N.Qazıyeva onu da vurğulayıb ki, əvvəl monitorinqin nəticələri yazılı formada təqdim edilirdi, bu da bəzi aparıcıların etirazına səbəb olurdu:

“Ona görə də, buna görə də bu dəfə video formasında təqdim etmək qərarına gəldik. Leksik norma pozuntulara da gəldikdə, leksik vahidlərin normaya uyğun işlədilməməsi hallarına Xəzər TV Sevil və Sevinc bacıları, İctimai Televiziyada Saleh Bağırovun nitqində müşahidə edirik. Bu səhvlər bəzən adi gələ bilər, amma diqqət etdikdə səhvi görmək olur. "Külək dağıntı yaratdı", “Speys" telekanalının efirindəki süjetdə"bədirlənmiş may ayı" ifadəsinə, bir çox telekanallarda "işıq və qaz təsərrüfatı söndürülsə də", ifadələrə rast gəlirik. ATV telekanalının aparıcı Mətanət Əlverdiyeva verilişdə sponsor təqdimatında "əks göstəricisi yoxdur" ifadəsini işlərib, bu "əks göstərişi yoxdur" olmalıdır.

Tarix
2017.05.30 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla