Yuxarı

Məşhurlaşan “Ayı balası”, zənci uşaqlar... - Maraqlı faktlar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

22-ci Yay Olimpiya Oyunlarının SSRİ-də keçirilməsi sovetlər birliyinin tarixinə əlamətdar bir hadisə kimi yazılıb. Oyunlar ilk dəfə olaraq şərqi Avropada və həm də sosialist ölkəsində keçirildiyindən beynəlxalq ictimaiyyət də bu tədbiri maraqla qarşılayıb.

Axar.az Modern.az-a istinadən həmin oyunlarla bağlı maraqlı faktları təqdim edir:

Olimpiya paytaxtı olmaq iddiasında əsas iki şəhər rəqabət aparıb – Los-Anjeles və Moskva. Səsvermənin nəticələrinə görə 39-20 hesabı ilə Moskva olimpiya oyunlarına ev sahibliyi etməyə nail olub.

Olimpiadanın keçirilməsi üçün Moskvanın 100 min yerlik Lujniki stadionu seçilib.

Bu mötəbər tədbir üçün İzmayılovo mehmanxana-istirahət kompleksi inşa edilib. Və bu sonralar Avropada ən böyük kompleks kimi Ginnesin rekordlar kitabına düşüb.

Olimpiya oyunlarının bir-neçə loqotipi hazırlanıb. Seçim etmək problemi yarananda həmin loqotipləri “Sovetskiy sport” qəzeti vasitəsi ilə ictimaiyyətə təqdim ediblər. Əksər insanlar “Ayı balası”na səs veriblər və bu məsələ də beləliklə öz həllini tapıb.

Olimpiya Oyunlarını 50-dən çox ölkə boykot edib. Buna səbəb 1979-cu ildə SSRİ qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlara başlaması olub.

Leonid İliç Brejnev olimpiya oyunlarının SSRİ-də keçirilməsindən imtina etmək fikrinə düşüb. O, bu oyunların SSRİ-yə baha başa gələcəyini, kifayət qədər böyük məbləğlərin sərf olunacağını nəzərə alıb və belə qənaətə gəlib ki, mövcud qaydalara uyğun imtina ilə bağlı cəriməni ödəyib olimpiadanın keçirilməsini dayandırsın. Ancaq Siyasi Büronun üzvləri Brejnevin fikrindən vaz keçməsinə nail ola biliblər.

Olimpiadada ən maraqlı məqamlardan biri açılış zamanı kosmonavtlar Leonid Popov və Valeriy Ryuminin kosmosdan iştirakçıları salamlamaları olub.

Olimpiya oyunlarına biletlərin qiyməti 2 rubldan 20 rubl arasında olub. Bilet əldə etmək kifayət qədər problem olub. Xarici vətəndaşlara satılan biletlər isə müxtəlif işarələrlə fərqləndirilib. Onlar biletləri 1 rublun 1.5 dollara nisbətdə olan kursu ilə əldə ediblər.

Olimpiya oyunları ərəfəsində Moskva mağazalarının piştaxtaları xarici ölkələrin ən tanınmış məhsulları ilə doldurulub. Saqqızlar, banka pivələri, pepsi, kola, kağız qutularda meyvə şirələri, siqaretlər və s. Həmin dövrlərdə bu kimi mallar sovet insanı üçün əlçatmaz sayılırdı.

Oyunlarda SSRİ-ni təmsil edən idmançılar yalnız “Adidas” şirkətinə məxsus geyimlərdən istifadə edib.

Olimpiadanın bağlanış marəsimində göyə uçurulan “Ayı balası” qısa bir müddətdən sonra Moskva şəhərinin ətrafında tapılıb.

Moskvada keçirilən 22-ci Yay Olimpiya Oyunlarının xatirələrdə qalacaq ən maraqlı hadisəsi isə oyunlardan cəmi bir il sonra Moskva küçələrində rus analarının zənci uşaqları ilə gəzintisinin tez-tez müşahidə edilməsi olub...

Tarix
2017.07.20 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla