Yuxarı

Azərbaycanda adət: qəbir üstündə süfrə, aş, kabab... - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin maraqlı adət-ənənələri və fərqli mətbəxi mövcuddur. Bu xalqlardan biri də Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan ingiloylardır. Onlar ildə iki dəfə ölüləri ziyarətetmə mərasimini qeyd edirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı Qax rayonunda ingiloyların qeyd etdiyi ölüləri ziyarətetmə mərasiminə qatılıb.

Azərbaycan ərazisində yaşayan ingiloylar xristian dininə sitayiş edirlər. Onların dini düşüncəsinə görə, insanlar öləndən sonra o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər. Bu səbəbdən də, onlar qəbirüstə çıxma mərasimində, evdə hazırlanan yeməkləri, şirniyyatları, meyvə-tərəvəzi, müxtəlif şirələri, alkoqollu içkiləri özləri ilə aparıb doğmalarının qəbirlərinin üstünə düzürlər.

Daha çox diqqət etdikləri məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparsınlar. Standart olaraq, qəbir üstünə həm də plov, içliyi şordan hazırlanan gürzə (xəmir xörəyi – red.) və çaxır aparılır. Onlar düşünürlər ki, ölü gəlib həmin süfrədəki nemətlərin dadına baxır və sahibindən razı gedir.

Mərasimin başlanğıcında qəbrin üstündə şamlar yandırılır. Sonra nemətlər qəbrin üstünə düzülür və saqmel tökmə mərasimi olur. Saqmel - şam ağacının üzərindəki yapışqan maddədən hazırlanır. Həmin sarı rəngli yapışqan yığılır, qurudulur, ovulur və istifadə olunur. Bu mərasim tərcümədə "ölünün adına duz tökmə" mərasimi adlanır.

Həmin saqmel, adətən çömçədəki közün üzərinə tökülür. Saqmel töküldükdən sonra, mütləq ölünün kişi qohumu əlində çaxır və ya araqla mərasimin açılışını elan edir. Bundan sonra hamı oturub yeyib-içir və evinə qayıdır.

Qax rayon Kötüklü kənd sakini Tina Babucaşvili həmin mərasimlə bağlı fikirlərini bölüşüb. "Bu adət-ənənə bizə babalarımızdan qalıb. Biz bacardığımız qədər öz milli və dini adət-ənənələrimizi qorumağa çalışırıq", - o deyib.

"Bu mərasimi valideynlərimizdən bizə, bizdən də övladlarımıza ötürəcəyimiz ən dəyərli sərvət hesab edirik. Həmin gün bütün qohum-əqrəba bir yerə yığışır, görüşür və ölülərimizi yad edirik. Ölülərimizin ruhunu, onların xoşladıqları kimi süfrə açıb adlarına duz tökərək şad etdiyimizi düşünürük", - deyə Tina Babucaşvili bildirib.

Bu mərasimdə iştirak edərkən, hiss etdik ki, ingiloylar hələ neçə nəsil bu adətlərini qoruyub saxlamağa çalışacaqlar…

Tarix
2017.09.13 / 12:39
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla