Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2018


Azərbaycanda çox sayda kurqan tapıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb.

AMEA-dan Kult.az-a verilən məlumata görə, tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb. Ekspedisiya, həmçinin, Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu təpədə ilk dəmir dövrünə aid nekropolda arxeoloji tədqiqatları davam etdirib. Nekropol 2007-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq edilib. Nekropolda bu il dörd qəbirdə arxeoloji tədqiqatlar aparılıb.

Ekspedisiya Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki Qaraçinar çoxtəbəqəli yaşayış yerində də yoxlama xarakterli tədqiqatlar aparıb. Abidədən tunc dövrünün bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri toplanaraq tədqiqata cəlb edilib.

Tarix
2017.10.12 / 13:56
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Beyləqanda ağır qəza: 2 nəfər öldü

Aparıcı ilə politoloq canlı efirdə əlbəyaxa oldu - Video

Tanınmış məşqçinin səhhəti ağırlaşdı

Erməni məmur saxlanıldı

Dəhşətli tədqiqat: Ələsgərin sünnəti hardadır?

Kürd sənətçidən Afrin mesajı: Riyakarcasına...

Onlar tarix qarşısında cavab verəcək – Millət vəkili

Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi

Bakıda qadınlar ərəblərin pulunu və pasportlarını oğurladı

Səməd Seyidov BJM-də – Qarabağ müzakirəsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla