Yuxarı

Azərbaycan mədəniyyəti Bolqarıstanda təbliğ edildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın turizm imkanları və mədəniyyətinin Bolqarıstanda təbliği məqsədilə cari ilin 19-21 aprel tarixlərində Bolqarıstanın Veliko Tırnovo şəhərində baş tutmuş “Mədəni turizm” 15-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikasının (AR) Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı və AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmiz növbəti dəfə milli stendlə təmsil olunub.

Kult.az xəbər verir ki, sərgi zamanı stendi ziyarət edənlərə Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları barədə ətraflı məlumat verilib, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş etdirilmiş, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası keçirilərək ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib.

Sözügedən sərginin açılışında iştirak edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıblar. Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib.

Sərgiyə paralel olaraq Bolqarıstan Respublikasının Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (İnternational Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 14-ci Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilmişdir. Festivala AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı təqdim edilib. Sözügedən reklam çarxı festival çərçivəsində keçirilmiş müsabiqədə “Korporativ Turizm Filmi” kateqoriyası üzrə ölkənin lakonik və dinamik təqdimatına görə mükafatlandırılıb. Reklam çarxı “Korporativ Turizm Filmi” nominasiyası üzrə mükafata təqdim edilmiş 11 namizəddən 10 münsifdən ibarət heyət tərəfindən seçilmiş 3 qalib sırasında olub. Festivalda həmçinin təbiət və ekoturizm, idman və macəra, tarix və mədəniyyət və inanc və adət-ənənələr kateqoriyaları üzrə də mükafatçılar müəyyənləşdirilib. Filmlər 3 gün ərzində festival çərçivəsində Veliko Tirnovo şəhərinin sakinləri və qonaqlarına təqdim edilib.

Qeyd olunmalıdır ki, 15-ci “Mədəni Turizm” sərgisi Bolqarıstan Respublikasının Turizm və Mədəniyyət Nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə mədəniyyət irsi üzrə Avropa ili çərçivəsində keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, Çin, Çexiya, Slovakiya, Polşa, Macarıstan və Yunanıstan daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 50-ə yaxın bolqar və xarici şirkət və qurumlar iştirak edib.

Tarix
2018.04.24 / 19:58
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla