Yuxarı

Səfirimiz Şvıdkoya diplom verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Müzikl Teatrı “Həyat gözəldir” adlı yeni tamaşanı təqdim edib. Tamaşa teatrın bədii rəhbəri Mixail Şvıdkoyun 70 illiyinə həsr edilib.

Kult.az xəbər verir ki, gecədə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

P.Bülbüloğlu gecəyə toplaşanlar qarşısında çıxış edərək M.Şvıdkoyu yubileyi münasibətilə təbrik edib. Azərbaycanın Rusiyadakı səfiri deyib:

“Mən bu qənaətə gəlmişəm ki, bu gün artıq Mixail Yefimoviç kimi insanlar doğulmur. O, əsl dostdur – çox səmimi, çox həssas və çox sədaqətli. Onu da bilirəm ki, Mixail Yefimoviç məni məzəmmət edəcək, çünki o, mənə dəfələrlə xəbərdarlıq etmişdi ki, heç bir təbrik və rəsmi nitqlər lazım deyil. Lakin mən öz Prezidentim İlham Əliyevin tapşırığını yerinə yetirməyə borcluyam. Səmimi desəm, bu tapşırıq mənim üçün Mixail Yefimoviçin sözlərindən qat-qat artıq məsuliyyət deməkdir”.

Səfir və Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Mixail Şvıdkoya təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mixail Şvıdkoy Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Tarix
2018.09.21 / 15:08
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla