Yuxarı

“Vətən uzaqda deyil” başlayır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən “Vətən uzaqda deyil” ixtisaslaşmış televiziya proqramı fəaliyyətə başlayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Kult.az-a verilən məlumata görə, Komitə ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə layihəsi olan “Vətən uzaqda deyil” diaspor proqramının ilk buraxılışı sentyabrın 24-dən 25-nə keçən gecə saat 00.10-da yayımlanacaq.

Proqramın ilk buraxılışında “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs ediləcək.

Layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir.

“Vətən uzaqda deyil” TV layihəsinin buraxılışlarını Dövlət Komitəsinin onlayn “Diaspor TV” ünvanında da izləmək mümkün olacaq.

Tarix
2018.09.24 / 10:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rəisi həlak oldu, İrəvanı çətin günlər gözləyir - Tarasov

Rəisi qəzası: Əgər İranda kəskin dəyişiklik olarsa… - Kiviryan

Əfv Komissiyası növbəti dəfə toplanır

Əli Əsədov yeni qərar imzaladı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Azərbaycandakı “Akınçı” helikopteri tapmağa hazır idi...

Ceyhun Bayramov Əli Bagiri ilə danışdı

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Əliyev: Rəisi ilə son görüşümüz dünyaya... - Video

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla