Yuxarı

Blinken dip-etikanı pozdu: Rəisinin ölümü ilə dünya…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Blinken dip-etikanı pozdu: Rəisinin ölümü ilə dünya…

ABŞ Dövlət katibi Entoni Blinken İran Prezidenti İbrahim Rəisinin 19 mayda helikopter qəzasında həlak olması barədə diplomatik etiket qaydalarından kənar ifadələr işlədib.

Axar.az xəbər verir ki, bu barədə o, senator Ted Kruzun “Rəisinin ölümündən sonra dünya daha yaxşıdırmı” sualına cavab verərkən deyib.

İran xalqı və dünya üçün Prezident İbrahim Rəisinin ölümünün faydalı olduğu fikrini bölüşən Blinken bildirib:

“Onun hakim və prezident kimi fəaliyyətini xatırlasaq və bir daha belə fəaliyyətlərdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bəli, İran xalqı üçün daha yaxşı oldu”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Bundan öncə ABŞ da İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı vermişdi.

Tarix
2024.05.22 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla