Yuxarı

Paşayeva onun ölümü haqda: Dünən bir yerdəydik... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında dəyərli sənətçimiz, aydınımız Novruz Novruzlu, Suriya türkmanlarının təmsilçisi Adil Şan və digər dostlarla gözəl bir söhbət və müzakirələr oldu.

Bu sözləri Kult.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva tanınmış sənətçi, "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlunun ölümü barədə danışarkən deyib. O, müğənninin vəfatından kədərləndiyini söyləyib:

“Həyat həqiqətən də çox qəribədir, bir andır. Novruz bəy Adil Şanın bir şeirini bəyənərək, "mahnı yazılarsa, birlikdə ifa edə bilərik" dedi, gələcək layihələr, işlər barədə söhbət oldu. Biz də "hər zaman yanınızdayıq" dedik. Bu gün səhəri isə acı bir xəbəri böyük üzüntü ilə qarşıladıq. Dəyərli sənətçimiz, aydınımız Novruz Novruzlu Allahın rəhmətinə qovuşdu. Onun vəfatı mədəniyyətimiz üçün bir itkidir. Allah ona rəhmət eləsin, yaxınlarına səbir versin. Dəyərli sənətçimiz nur içində yatsın!”

Qeyd edək ki, "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.

Tarix
2018.11.20 / 14:57
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla