Yuxarı

Adi yaraya bir metr tənzif bağlatdırıb... - Aktyor danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən sizdən çox xahiş edirəm, bir neçə jurnalistlə direktor Tural Mirzəliyevin yatdığı xəstəxanaya gedin. Həkimlərdən onun səhhəti barədə məlumat alın. Qaşının üzərində yaranmış yaraya baxın, görün ora nə qədər tikiş atılıb? Qaşının üstündəki adi yaraya bir metr tənzif bağlatdırıb. Görün, bir balaca yaraya görə xəstəxanada yatmağa dəyər, ya yox?!

Kult.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın canlı yayımının qonağı olan Drakon obrazı ilə məşhurlaşan aktyor Rza Rzayev dünən məhkəmə binası önündə 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə aralarında baş verən dava barədə danışarkən bildirib.

Aktyor əlavə edib ki, direktorla aralarında elə də ciddi dava baş verməyib. Onun sözlərinə görə, əlbəyaxa davaya qədər aparan mübahisəyə səbəb məktəb direktorunun onu təhqir etməsi və söyməsi olub:

“Tural özünə aidiyyəti olmayan məhkəmə prosesinə gəlir, qarşı tərəfi öz avtopmobili ilə aparıb gətirir. Bu məhkəmədə nə işi var onun? Hər dəfə prosesə gəlir, qarşı tərəfi təlimatlandırır. Öz dili ilə deyir ki, valideynlərə dəstək olmağa gəlib.

Mənim ləhcəmə lağ edir, söz atır, təhqir edir. Sonra da deyir, Rza Rzayev müəllimə qarşı səhv edir, əl qaldırır. Mən müəllimə qarşı yanlışa yol vermərəm, müəllimə əl qaldırmaram. Mən Turala əl qaldırmışam, müəllimə yox. Buna da Turalın özü səbəb olub”.

Aktyor bildirib ki, direktor onun ünvanına kobud ifadələr işlədib:

“Söyüş söydü. Elə ifadələr işlətdi ki, heç kəs o sözü üzərinə götürməz. Qaynı da söyüş söydü. Sonra əlini cibinə atdı, elə bildim, bıçaq çıxaracaq.

Turalın indi xəstəxanada olmağına baxmayın. Ona heç nə olmayıb. Çünki orada elə də böyük dava olmayıb”.

Tarix
2018.11.21 / 16:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla