Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


AFFA-dan sonuncu yer tutan millimizə milyonluq mükafat...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının seçmə mərhələsində mübarizə aparan Azərbaycan milli komandası son qarşılaşmada İsrail səfərindən 1 xalla döndü. Millimiz ikinci hissədə Rahid Əmirquliyevin vurduğu qolla önə keçsə də, bu üstünlüyü sona qədər qoruya bilmədi və nəticədə rəqib komanda hesabı bərabərləşdirdi.

Bu arada xəbər yayıldı ki, AFFA İsrail heç-heçəsinə görə millinin əsas heyətində meydana çıxan futbolçulara 60 min, meydana sonradan daxil olan və ehtiyatda oturan futbolçulara 40 min manat mükafat verib. Bu isə ümumilikdə təxminən 1 milyon 140 min manat edir. Əlbəttə ki, qrupda sonuncu yerdə qərarlaşan milli komanda üçün (Lüksemburq dünən Şimali İralndiyanı məğlub edərək qrupda 5-ci pilləyə qalxdı) səfər heç-heçəsinə görə 60 min manat mükafatın nəzərdə tutulması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Məsələyə aydınlıq gətirmək üçün AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə yaratdıq. AFFA rəsmisi məlumatı nə təsdiq, nə də təkzib etdi: "Millimizin üzvlərinə mükafat verilməyib, amma bu yaxınlarda veriləcək. Mükafatın məbləği isə gizli saxlanılır, biz bunu açıqlaya bilmərik. Amma mətbuatda açıqlanan məbləği də inkar etmirəm".

Sonuncu pillədə qərarlaşan yığmanın səfər heç-heçəsinə görə 60 manat mükafat almasının nə qədər məntiqli olduğu sualını isə Mikayıl Nərimanoğlu belə cavablandırdı: "Biz mükafatlandırmanı millinin turnir cədvəlindəki yerinə görə vermirik. Bildiyiniz kimi, İsrail zəif komanda deyil, yığma komanda da ordan 1 xalla qayıdıb. Ona görə də nəzərdə tutulmuş məbləği məntiqli hesab edirik".

Tarix
2013.09.11 / 11:34
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

“Baksell”in dəstəyilə futzal turniri təşkil edildi

Portagizli hakim – yeni həmsədrdir!?

“Qarabağ”a görə çox məyus oldum - Britaniya səfiri

Millimiz yenə gerilədi - Reytinq

Qurban Qurbanovun səhvləri… - Millət vəkili

“Beşiktaş”dan Qurban Qurbanova hədiyyə - Foto

Deda "Qarabağ"ın əsas komandasına cəlb edilir?

“Roma” İtaliyada “Qarabağ”ı uda bilməsə...

Qurban Qurbanov: "Bu qədər məyus olmamışdım"

Uduzsan da, bizi utandırmadın, “Qarabağ” - Millət vəkili

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla