Yuxarı

Millimiz Türkiyəyə şans tanımadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Axar.az xəbər verir ki, “Bakı Kristal Zal”da keçirilən yarışların finalında Türkiyə millisinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan voleybolçuları İslamiadanın qızıl medallarını qazanıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin ikinci setdə daha dəqiq inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımı dördüncü setdə də gözəl oyun nümayiş etdirərək çempionluğu rəsmiləşdiriblər - 25:21.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.

Tarix
2017.05.18 / 22:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla