Yuxarı

Türkə uduzan ermənidən tərbiyəsizlik - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdmanın uşu növü üzrə Tiflisdə keçirilən Avropa çempionatında xoşagəlməz hadisə baş verib.

Report xəbər verir ki, erməni idmançı Türkiyədən olan gənc qız Aysel Almaçıya məğlub olduqdan sonra qalmaqal yaradıb. Məğlubiyyəti ilə barışmayan qadın idman sarayının qapılarının şüşələrini sındırıb. Bu da idman sarayının rəhbərliyinin kəskin etirazına səbəb olub. Erməni məşqçi idmançının bu hərəkətinə görə üzr istəyib və yetirməsini təhqir edərək hadisə yerindən uzaqlaşdırıb.

Aysel Almaçı jurnalistlərə müsahibəsində deyib: “Ermənistandan olan rəqibimlə görüşdən əvvəl çox həyəcanlı idim. Tatami üzərinə çıxanda türk və azərbaycanlı qardaşlarımın təbriklərini və qələbəyə səsləyən çağırışlarını eşitdim. Bu məni daha da ruhlandırdı və döyüşdə dönüş yaratmağa nail oldum. O məndən canlı olsa da qalib gəldim. Mənə göstərdikləri dəstəyə görə bütün azarkeşlərimə minnətdaram”.

A.Almaçı erməni idmançının bu davranışını utandırıcı, idmançıya yaraşmayan, heç bir etikaya sığmayan hərəkət adlandırıb.

Qeyd edək ki, erməni idmançının qeyri-etik davranışı Belarus, Rusiya, Ukrayna və digər ölkələrdən olan idmançıların və məşqçilərin də narazılığına səbəb olub. Onlar idmançıdan üzr istəməyi tələb ediblər.

Tarix
2017.05.20 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla