Yuxarı

"Qarabağ"ın oyununa baxmaq neçəyə başa gələcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci sınağından üzü ağ çıxan "Qarabağ" komandasına səfər oyununda da azarkeşlər dəstək olacaqlar. Bakıda keçirilən UEFA Çempionalar Liqasının "pley of" mərhələsinin ilk ev oyununda Tofiq Bəhrəmov adına Respublika Stadionu indiyə qədər görülməyən bir azarkeş coşqusuna şahid olmuşdu. İlk oyunda 1-0 qələbə qazanan "Qarabağ”ın Kopenhagendəki səfər oyununa da indidən turizm şirkətləri tur paketlər hazırlayıb.

Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən UEFA Çempionlar Liqasının "pley of" mərhələsinin "Qarabağ"-"Kopenhagen" oyununda biletlər demək olar ki, çox tez bir zamanda satılıb qurtarmışdı. Azarkeş dəstəyinin qarşılığını qələbəylə qaytaran "Qarabağ"in səfər oyununa da böyük maraq var.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, artıq bəzi turizm şirkətləri sırf oyun üçün xüsusi paketlər hazırlayıblar.

Kopenhagendə keçiriləcək cavab oyununda "Qarabağ" Azərbaycan futbol tarixində bir ilkə imza ata bilər. Elə buna görə də yazılacaq bu tarixə canlı şahid olmaq istəyənlər də çoxdur.

Təklif edilən tur paketə azarkeşlərin qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla otel xərcləri daxildir. Qiymətlər isə otelin və stadionda yerin qiymətindən asılı olaraq dəyişir. Otel və aviabilet birlikdə 1700 manatdan, stadionda yerlərin qiyməti isə 26 manatdan başlayır.

Kopenhagenə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidir. Oyun avqustun 23-də Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Tarix
2017.08.19 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla