Yuxarı

“Qalatasaray” avrokuboklardan yenə kənarlaşdırılır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray” yenidən avrokuboklardan kənarlaşdırıla bilər.

APA-nın məlumatına görə, buna səbəb klubun külli miqdarda borcunun olmasıdı.

“Sarı-qırmızılılar”a yeni prezident təyin edilən Mustafa Cengiz araşdırma nəticəsində 298 milyon avroluq borcun olduğunu üzə çıxarıb. Bunun 122 milyonu Ünal Aysal, 58 milyonu Duyqun Yarsuvat, 118 milyonu isə Dursun Özbəkin dönəminə təsadüf edir.

Mustafa Cengiz martın 9-da UEFA nümayəndələrinə bununla bağlı hesabat verəcək. Qısa müddətdə borcun azaldılması mümkünsüz göründüyündən, “Qalatasaray”ın növbəti dəfə cəzalandırılması qaçılmazdı. Belə ki, UEFA İstanbul nəhəngini ya avrokuboklardan kənarlaşdıracaq, ya da transfer qadağası tətbiq edəcək. Ən yaxşı ehtimal isə klubun maaşlar üçün ayrılan büdcəsinə limit qoyulması olacaq.

Qeyd edək ki, “Qalatasaray” 2016/2017 mövsümündə maliyyə feyr-pleyini pozduğu üçün avrokuboklardan uzaqlaşdırılmışdı.

Tarix
2018.02.15 / 20:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla