Yuxarı

"Qəbələ"dən gözlənilməz məğlubiyyət

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də “Səbail”-“Qəbələ” qarşılaşması ilə futbol üzrə Topaz Premyer Liqasının XVII turuna start verilib.

Axar.az xəbər verir ki, “Bayıl Arena”da keçirilən oyunda gözlənilməz nəticə qeydə alınıb, “Səbail” komandası “Qəbələ”ni məğlub edib.

Görüşdə hesab matçın 26-ci dəqiqəsində açılıb. Vitali Vernidubun avtoqolu “Səbail”i hesabda irəli çıxarıb. Birinci hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın 56-cı dəqiqəsində “Səbail” ikinci topu qonaqların qapısından keçirib. Fəhmin Muradbəyli hesabı artıraraq adını tabloya yazdırıb – 2:0.

Qoldan sonra irəli atılan “Qəbələ” buraxılan toplardan birinin əvəzini çıxıb. Oyunun 68-ci dəqiqəsində “Qəbələ”nin fransalı hücumçusu Daqali Dabo adını tabloya yazdırıb – 2:1.

Komandaların səylərinə baxmayaraq, qalan dəqiqələrdə hesab dəyişməyib və görüş “Səbail”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Səbail” 17 xalla altıncı pillədəki yerini möhkəmləndirib. “Qəbələ” klubu isə 35 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Turun digər görüşündə "Neftçi" öz meydanında "Zirə" ilə bərabərə (1-1) qalıb.

Tarix
2018.02.24 / 20:34
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla