Yuxarı

"Neftçi"dən növbəti qələbə: Liderliyini möhkəmləndirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də Topaz Premyer Liqasının beşinci turuna start verilib.

Axar.az xəbər verir ki, turun açılış oyunu "Bayıl Arena" stadionunda keçirilib. "Səbail" klubu çempionatın debütantı "Sabah" komandasın qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

Günün son oyununda çempionatın lideri "Neftçi" klubu "Zirə" komandasının qonağı olub. Oyunda hesabı erkən qolla "Neftçı" klubu açıb. Namiq Ələkbərovun ötürməsini Mirabdulla Abbasov dəqiq zərbə ilə tamamlayıb. Qarşılaşmanın 33-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Dilan Duventru hesabı bərabərləşdirib.

Oyunun favoriti sayılan paytaxt təmsilçisi ikinci hissənin əvvəlində hesabda yenidən önə keçib. Matçın 52-ci dəqiqəsində Qoran Paratski uzaq məsafədən baxımlı qola imza atıb. Hər iki komandanın cəhdlərinə baxmayaraq, hakimin final fitinədək qapılara top vurulmayıb. Beləliklə, bu oyunda 2:1 hesabı ilə qalib gələn "Neftçi" çempionatda liderliyini qoruyub.

Topaz Premyer Liqasının 5-ci turuna sentyabrın 23-də "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Tarix
2018.09.22 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla