Yuxarı

Yığmamız gürcüləri məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

Axar.az xəbər verir ki, Tiflisdəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan Vüqar Məmmədin baş məşqçi olduğu komanda 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin 66-cı dəqiqədə Tural Bayramov bərabərlik, 70-ci dəqiqədə Zahid Mərdanov qələbə topunu vurub. Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla yenib.

U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub - 1:4. Hazırda İsrail 6 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan hərəyə 3 xalla sonrakı 2 yeri tutur. Axırıncı pillədə isə hələ xalı olmayan Lixtenşteyn qərarlaşıb.

Tarix
2018.11.17 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla