Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Oktyabr 2018


Ukraynalı milyarder çex hakimi pulla alıb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın Avro Liqada üzləşdiyi ədalətsizlik dünya idman mediasında bir nömrəli müzakirə mövzusuna çevrilib. Milan "İnter"i ilə görüşdə son saniyələrdə vurulan qolun hesaba alınmaması və Ağdam təmsilçisinin növbəti mərhələyə qapılarının bağlanması kəskin etirazlarla qarşılanıb.

Artıq demək olar ki, tanınmış futbolçular, baş məşqçilər bu haqsızlığa mövqeyini bildirib. Paralel olaraq, klub rəhbərliyi hüquqi mübarizəni davam etdirir.

Belə ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin UEFA-nın yarışlar üzrə direktoru Corco Marketti ilə görüşünün vaxtı müəyyənləşib. T.Gözəl dekabrın 17-də İsveçrəyə yollanaraq Marketti ilə bir araya gələcək.

Vitse-prezident Ağdam klubunun rəsmi saytına açıqlamasında bu sözləri deyib: "Nəticədən asılı olmayaraq, futbolun ürəyi olan UEFA-ya gedəcəyəm. Orada qapalı və ya açıq görüşdə həmin epizoda onlarla birgə baxacağam və "Qarabağ"a qarşı haqsızlıq edildiyini onların dilindən eşidəcəyəm".

Qeyd edək ki, 90+4-cü dəqiqədə təmiz qolunun sayılmaması ilə bağlı "Qarabağ" UEFA-ya şikayət məktubu ünvanlayıb.

UEFA-dan hələ ki heç bir cavab gəlməyib. Klubun türkiyəli vəkili Gurur Günal məlumat verib ki, həm matçın vaxtından əvvəl yekunlaşdırılması, həm də qolun hesaba alınmaması ilə bağlı UEFA-ya şikayət olunub: "Ancaq UEFA-nın İntizam Komitəsi hakimin qərarının müzakirə edilməyəcəyini bildirir. Ona görə də yalnız hakimin xəta etdiyini qəbul edə bilər".

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siqqib də çexiyalı baş hakim Miroslav Zelinkanın qərarına təəssüflənib. Səfir bu barədə bunları deyib: "Oyunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəllə birgə izləyirdim. Maraqlı oyun keçdi. Lakin matçın sonlarında qolun qeydə alınmaması bizi çox təəssüfləndirdi".

Səfir təmiz qolu sayılmayan "Qarabağ"a əlindən gələn köməyi etməyə hazır olduğunu vurğulayıb: "Qarabağ" və klubun baş sponsoru bizim dostumuzdur. Lazım gələrsə, bir səfir kimi əlimdən gələni əsirgəmərəm".

Türkiyənin ulduz futbolçusu, "Atletiko"da top qovan Arda Turan da məsələyə biganə yanaşmayıb. A.Turan şəxsi hesabından "Qarabağ"lılara belə mesaj yollayıb: "Hakim tərəfindən 3 xalı zorla əlindən alınan "Qarabağ"lı qardaşlarımızın üzüntülərini paylaşırıq".

"AzərFax"ın (AFA) əməkdaşının apardığı araşdırma nəticəsində isə məlum olub ki, "Qarabağ"ın ədalətsizliklə üzləşdiyini Ermənistanın idman saytları da yazıb. Diqqətçəkən məqam odur ki, bu xəbərlərdə komandanın adı təmsil etdiyi ölkənin adı ilə yanaşı çəkilir. Əvvəllər "Qarabağ"la bağlı UEFA xəbərlərindən belə ölkəmizin adını çıxaran erməni saytları artıq komandamızı "Qarabağ"-Azərbaycan" kimi təqdim edir.

Armfootball.com, news.am kimi saytlar "Qarabağ"ın üzləşdiyi haqsızlığa görə UEFA-ya şikayət edəcəyinə dair xəbərləri də yayımlayıblar. Qurban Qurbanovun fotoları ilə yayımlanan bu xəbərlərdə də qeyd olunur ki, Azərbaycan klubunun italyanların qapısından keçirdiyi qol çexiyalı hakim tərəfindən qeydə alınmayıb.

Bəzi iddialara görə, çexiyalı hakim pulla alınıb. Belə ki, İqor Kolomoyski "Dnepr"in sahibi və Ukraynanın məşhur iş adamlarından biridir. O, milliyyətcə yəhudidir. Məlumata görə, yəhudi oliqarxın UEFA ilə əlaqələri çox güclüdür.

Onu da deyək ki, "Qarabağ"ın Avropada uğurlu çıxışına ölkə rəhbərliyi biganə qalmayacaq. Fanat.az-ın əldə etdiyi məlumata görə, prezident İlham Əliyev Ağdam klubunu qəbul edəcək. Görüş yaxın günlərdə keçiriləcək. "Qarabağ" dövlət başçısı ilə görüşə tam heyətlə qatılacaq.

Musavat.com

Tarix
2014.12.16 / 09:58
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məşhur futbolçu İngiltərə Liqasına qayıda bilər

Zinəddin Zidan Bakıya gəlir

Arda Turana fantastik cərimə - Qərar

Konor döyüşə çağırdı: Həbib 15 milyondan imtina etdi

Mədətov fitə basılmasından danışdı: İzah verə bilmirəm

İspaniya evdə İngiltərəyə təslim oldu

Həbib meydan oxudu - Mayvezerdən cavab gəldi

Arda Turan həbs olunacaq?

Məşhur futbolçunun atası Belçika tarixinə düşdü

Həbib erməni idmançını darmadağın etdi - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla