Yuxarı

Vergilər Nazirliyindən banklarla bağlı - Bəyanat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) vergi qanunvericiliyinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı banklara verilən möhlət məsələsinə birgə münasibət bildirib.

ABA-dan APA-ya verilən məlumata görə, vergi qanunvericiliyinə edilən dəyişikliklər 2017-ci il 1 yanvar tarixindən etibarən qüvvədədir və burada nəzərdə tutulan vergilər bu tarixdən etibarən hesablanmalıdır: "Bu məqsədlə elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı texniki məsələlərin həll edilməsi istiqamətində Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında sıx şəkildə əməkdaşlıq edilir. Banklar tərəfindən qısa müddət ərzində qanunvericiliklə müəyyən olunmuş vergilərin hesablanması ilə bağlı müvafiq texniki məsələlər həll edildikdən sonra vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan iş və xidmətlərə görə onlara aparılan ödəmələr və qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrinə pul vəsaitlərinin köçürülməsi üzrə əməliyyatlar təhlil ediləcək, qanunla müəyyən olunmuş qaydada vergilərə cəlb edilməmiş əməliyyatlar üzrə vergilərin tam məbləğdə hesablanması və dövlət büdcəsinə ödənilməsi, habelə qanunla müəyyən olunmuş qaydada vergilərin hesablanması nəzərdə tutulmayan əməliyyatlar üzrə tutulmuş vergilər üzrə alıcılarla (müştərilərlə) yenidən haqq-hesab edilməsi təmin ediləcəkdir".

Tarix
2017.01.12 / 10:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla