Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


Nazir "Petkim"dən danışdı: Əlimdən gələni edəcəm ki...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Petkim Petrokimya Holding AŞ” fəaliyyətini lirəyə adaptasiya etməlidir.

APA xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bildirib.

“Hazırda “Petkim” fəaliyyətini dollar üzərindən həyata keçirir. Lakin sizi əmin etmək istəyirəm ki, holdinqin lirə ilə fəaliyyət göstərməsi üçün əlimdən gələni edəcəm. Nazirliyin müvafiq qərarı var. Qərara əsasən, azad zonalar ölkə xarici sayılır. Azad zonalardakı bütün fəaliyyətlər lirə ilə aparmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik”, - deyə nazir regional sahibkarlara müraciətində bildirib.

N.Zeybekci əlavə edib ki, bu il Türkiyədə iqtisadi artım gözlənilir: “İxracata söykənən bir artım olacaq. Bunun başqa formulu yoxdur”.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

Tarix
2017.03.20 / 10:42
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bakı nefti 67 dollara çatır

Dollar bu gün neçəyədir? - Məzənnə

İnvestorlar Rusiya aktivlərindən yaxalarını qurtarır

2018-ci ildə dolların dəyəri azalacaq – Proqnoz

Azərbaycan Gürcüstana nə qədər sərmayə yatırıb?

Mərkəzi Banka daha bir direktor təyin olundu

“Unibank” filialları həftə sonu da xidmətinizdədir

Türkiyənin göstəriciləri açıqlandı – Proqnozlar alt-üst oldu

“Kapital Bank” konfrans keçirdi

Dollar bu gün neçəyədir? - Məzənnə

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla