Yuxarı

Rusiya dollardan imtina edəcək? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya iqtisadiyyatının strukturu elə qurulub ki, onun dollardan imtina etməsi mümkünsüzdür.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın dollardan imtina etmək istəməsiylə bağlı iddiaları şərh edən iqtisadçı Natiq Cəfərli söyləyib. O, verilən bəyanatların yalnız ABŞ və Rusiya arasında gərginləşən münasibətlərin təzahürü olduğunu bildirib:

“Rusiya bütün strateji məhsullarını, xüsusilə də neft və qazı dünya birjalarının qaydalarına uyğun olaraq dollarla satır. Xarici ticarət dövriyyəsinə baxdıqda Rusiyanın belə bir addım atma ehtimalı çox aşağıdır. ABŞ-ın sanksiyalarına cavab olaraq müəyyən sahələrdə dəyişiklik edilməsi, bəzi ölkələrlə müqavilələri dollardan başqa valyutalarla imzalaması mümkündür. Hazırda Türkiyə və Çinlə bununla bağlı danışıqlar gedir. Ümumilikdə Rusiya iqtisadiyyatının strukturu, borc kağızlarının vəziyyəti bu ölkənin dollardan imtina etməsini mümkünsüz hala gətirir”.

Ekspert bildirib ki, çox maraqlı faktlardan biri də ritorik olaraq siyasi bəyanatlarda tez-tez dollardan imtina edəcəyini deyən Rusiyanın qızıl-valyuta ehtiyatlarının 70%-dən çox hissəsinin dollarla olmasıdır:

“Bundan əlavə, ABŞ-ın borc kağızlarının ən böyük alıcılarından biri də məhz Rusiyadır. Bu şəraitdə Rusiyanın dollardan imtina etməsi sadəcə fərziyyədir. İqtisadi münasibətlərdə bu bəyanatların həyata keçəcəyini düşünmürəm. Dollar dünya valyutası olduğu və dünya ticarəti əsasən dollarla həyata keçirildiyi üçün Rusiyanın belə addım atması onun özünə zərər gətirər”.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Sergey Qruiyev Rusiya hökumətinin dollardan imtina etməyə cəhd göstərəcəyini bildirib. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov da buna oxşar bəyanat vermişdi.

Tarix
2017.08.12 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla