Yuxarı

ABŞ-ın dolları bahalaşdırma səbəbi – Mükəmməl sistem

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artımasının əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir. Bu gün ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdir, əmək bazarı isə çox yaxşı göstəricilər nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu haqda keçmiş maliyyə naziri, professor Fikrət Yusifov yazıb. Ekspert bu fonda bahalı dollar siyasətinin 2018-ci və ondan sonrakı illərdə də davam etdiriləcəyini bildirib:

“İlkin proqnozlara görə, 2018-ci ildə uçot dərəcəsinin 2,100, 2019-cu ilin sonuna 2,700, 2020-ci ilin sonuna isə 3,100 faizə yüksəldilməsi nəzərdə tutulur. Uzun illər aparılan ucuz dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması ilə nəticələndi və məhz bundan sonra mərhələlər üzrə dolların bahalaşması siyasəti yürüdülməyə başlandı. Bu, çox düşünülmüş və ardıcıl şəkildə həyata keçirilən uğurlu bir siyasətdir. Bu siyasətin başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqdır. Trampın siyasi müstəvidə nümayiş etdirdiyi bütün çılğınlıqlara baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı və onun prezidentliyinin bir ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması ilə yadda qaldı”.

İqtisadçının sözlərinə görə, uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir saylı valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcək:

“Bu qaçılmazdır. Lakin burada digər milli valyutaların özlərini necə aparması həmin ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı olacar. İqtisadiyyatı neftlə bağlı olan ölkələr real sektorun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli valyutamızın taleyi bundan çox asılıdır”.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) sonuncu dekabr iclasında uçot dərəcəsini 1-1,25 faiz səviyyəsindən 1,25-1,50 faizədək artırıb.

Tarix
2017.12.15 / 15:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla