Yuxarı

Rusiya-Britaniya gərginliyi: Rubl bu təzyiqə dözməyəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Böyük Britaniya arasındakı “ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, ABŞ-ın yeni sanksiyalar siyahısını genişləndirməsi fonunda rublun məzənnəsində cüzi də olsa, azalmala müşahidə edilir:

“Fevralın sonunda 1 dollar almaq üçün 55,5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57,5 rus pulundan keçmək lazımdır. Doğrudur, məzənnə fərqi kəskin deyil, amma aydındır ki, Moskva inzibati yollarla rubla olan təzyiqləri neytrallaşdırır. Moskvanın inzibati metodlarla rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görünmür və elə bunun özü yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək. Londonda başlanan gərginlik Moskva ilə Avropanın digər paytaxtları arasında münasibətləri daha da pisləşdirəcəyi və köhnə qitədən yeni sanksiyalar tətbiq ediləcəyi halda rublu xilas etmək çətin olacaq”.

İqtisadçı qeyd edib ki, Qərblə münasibətlərin gərginləşməsi fonunda şimal qonşumuzda yenidən dollarlaşma prosesi sürətlənir:

“Bütün bunlarla yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər”.

Tarix
2018.03.19 / 12:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla