Yuxarı

Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın valyuta bazarındakı vəziyyətə - manatın məzənnəsinə təsir edən başlıca fundamental amil tədiyyə balansının durumudur.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sözçüsü Namiq Əliyev Türkiyə və Rusiyanın milli valyutalarının dəyərdən düşməsi, bəzi yerli bankların ABŞ dollarının satış məzənnəsini artırması fonunda manatın məzənnəsinin gələcək perspektivi ilə bağlı Report-a açıqlamasında bildirib.

“Faiz dəhlizinin parametrlərinə dair avqustun 1-də açıqladığımız məlumatda da qeyd olunub ki, ölkənin tədiyyə balansının göstəricilərinin yaxşılaşması cari ildə də davam etməkdədir. Ticarət balansındakı irihəcmli müsbət saldo hesabına cari əməliyyatlar balansı profisitlidir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin bahalaşması cari ildə ixracın sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da müsbət proseslər davam edir. Turizm xidmətləri üzrə müsbət saldo qorunur. Bundan başqa, ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə edilir. Xarici valyuta daxilolmalarının artması şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini rəsmi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər. Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi mövcud əlverişli makro-iqtisadi mühitdə sabit vəziyyətdədir”, - deyə o, qeyd edib.

“Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına gəldikdə isə qeyd etmək istəyirəm ki, AMB tərəfdaş ölkələrin valyuta bazarlarındakı vəziyyəti daim izləyir. Ümumilikdə tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikası da göstərir ki, ilin ötən dövründə Azərbaycanın milli valyutasının qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi və nominal effektiv məzənnəsi möhkəmlənib. Bütün bunlar göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi artırıbsa, bu, yalnız psixoloji amillə izah oluna bilər”, - deyə AMB rəsmisi fikrini tamamlayıb.

Tarix
2018.08.10 / 18:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla