Yuxarı

Bakının Türkiyəyə 19 milyardlıq sərmayəsi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Star Rafineri” zavodu Türkiyə ərazisində ən böyük yatırımlardan biridir.

Bunu Axar.az-a 19 oktyabrda Azərbaycan və Türkiyə prezidentlərinin açılışını etdiyi “Star” neft emalı zavodunun perspektivləri haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı layihəyə 2024-cü ilə qədər 19 milyard dollara yaxın vəsait qoyulacağını bildirib:

“Bu, çox böyük bir yatırımdır. Azərbaycan bu layihə sayəsində Türkiyə ərazisində ən iri yatırımçı statusunu qazanacaq. Təbii ki, bu da Azərbaycan-Türkiyə siyasi və iqtisadi əlaqələrinin daha da genişlənməsində önəmli rol oynayacaq. “Star Rafineri” Türkiyədə neft məhsulları istehsal edəcək. Türkiyə çox cazibəli və bahalı bir bazardır, çünki 80 milyonluq əhalisi var. Türkiyə neft məhsullarının idxalından asılıdır və bu məhsulların böyük əksəriyyətini xaricdən alır. Türkiyə həm də Avropada Norveçdən sonra neft məhsullarının baha olduğu ikinci ölkədir. Yəni bu bazarın böyük cəlbediciliyi var və burada “Star Rafineri”nin bundan sonra emal edəcəyi neft məhsulları, o cümlədən yanacaq növləri, motor yağları və digər neft məhsulları kifayət qədər tələb görəcək”.

Ekspert qeyd edib ki, Türkiyənin logistik coğrafi mövqeyi ətraf ölkələrə dəniz üzərindən çox rahat və ucuz şəkildə məhsulların göndərilməsi üçün də əlverişlidir:

“Təkcə Türkiyə bazarı deyil, yaxın çevrədə olan ölkələr də neft məhsullarını xaricdən alırlar. Bu baxımdan hesab edirəm ki, “Star Rafineri” Türkiyədən xaricə ixracatda da mühüm rol oyana bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışını ediblər.

Tarix
2018.10.21 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla