Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


“Parabank”ın başı dərddə: Milyonlar çatmır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 3-də "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən bildirilib ki, bankın nizamnamə kapitalı 50 milyon AZN-ə çatdırılıb.

Lakin 2014-cü ilin ikinci rübünə olan maliyyə göstəricilərinə əsasən Bankın məcmu kapitalı 21 mln 662 min olub. 26 avqust tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Parabank" ASC-nin hər birinin nominal dəyəri 200 AZN olan 100 000 ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınmışdı. Emissiya başa çatdıqda bank 20 milyon AZN kapital cəlb etməyə müyəssər olacağı gözlənilirdi. Beləliklə, bu gözləntiləri real saysaq, bankın 41 milyon 662 min manat kapital toplaya bildiyini görərik.

Mərkəzi Bankın 50 milyonluq məcmu kapitalı tələbi bir çox banklar kimi də "Parabank"ı ciddi addımlar atmağa sövq edib. Belə ki, bank rəhbərliyi çıxış yolunu qiymətli kağızlarını satmaqda görüb.

Yuxarıda sadalanan 50 milyon manatlıq kapitalın artıq toplanması barədə bankım yaydığı məlumat göründüyü kimi, həqiqəti əks etdirmir. Belə ki, bank emissiyanın həcmi 7,316,600 AZN-ə bərabər nominal dəyəri 200 AZN olan 36583 ədəd qiymətli kağızını satmağa başlayıb.

Bu yolla da bankın xoş günə çıxacağı inandırıcı deyil. Çünki bu hesabla götürsək, bankın 1,021,400 AZN büdcə kəsri qalacaq.

Bakı Fond Birjasında Ticarət ə Üzvlük Qrupunun Rəhbəri Tələt Kalayev Axar.az-a verdiyi açıqlamada bankın 31 dekabra kimi vaxtı olduğunu bildirdi: "Bankın 31 dekabra kimi vaxtı var. O vaxta kimi nizamnamə kapitalı 50 milyon manata çatdırıla bilər. Belə olacağı təqdirdə heç bir problem yaşanmayacaq. Əks təqdirdə isə Milli Bankın səlahiyyətlərinə uyğun olaraq bankım lisenziyası alına bilər, yaxud başqa bankla birləşə bilər".

Xatırladaq ki, Mərkəzi Bankın qərarı ilə bankların məcmu kapitalının minimum həddi 10 milyon manatdan 50 milyon manatadək artırılıb. Bu qərar 1 yanvar 2015-ci ildən qüvvəyə minəcək. Yəni bankların bu şərtə əməl etməsi üçün cəmi 2 ay vaxtı var. Mərkəzi Bank bu qərarını kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə izah edib. Ancaq minimum mecmu kapitalının həddinin düz 5 dəfə artımı əksər bankların bağlanmasına səbəb olacaq.

Tarix
2014.11.01 / 15:34
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Загрузка...
Digər xəbərlər

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Neft qiymətində şok: bir gündə 4,5 dollar...

İtaliya mediası: Azərbaycan bizim üçün... - Foto

Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edib - Siyahı

“Kapital Bank” Sahil filialını istifadəyə verdi

Neftin taleyini üç şəxs müəyyənləşdirir

Dünya birjalarında neftin qiyməti

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Nazir: Dövlət böyük məbləğdən imtina edir - Video

Dünya birjalarında neftin qiyməti

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla