Yuxarı

Cənub rayonlarında qazın qiyməti qalxdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub bölgəsində bəzi yanacaqdoldurma məntəqələrində maye qazın pərakəndə satış qiymətləri süni şəkildə artırılıb.

AzNews.az-ın xəbərinə görə, bölgədə aparılan müşahidələr zamanı bəlli olub ki, yanacaqdoldurma məntəqələrində maye qaz artıq 35 qəpik/litr, bəzi hallarda isə hətta 40-45 qəpik/litr qiymətinə satılır. Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir.

Bəzi yerlərdə isə satıcılar qazın satış qiymətinin qalxmasını digər yanacaq məhsullarının satış qiymətinin qalxması ilə əlaqələndirirlər.

Həmçinin o da bildirilir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir. Sürücülərə bildiriblər ki, yalnız 5 manatlıq benzin ala bilərlər.

Benzin sonuncu dəfə bir ay öncə - Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, Tarif Şurası tərəfindən ötən ay bəzi yanacaq növlərinin pərakəndə satış qiyməti artırılsa da, maye qazın qiyməti dəyişməz (30 qəpik/litr) saxlanılıb.

Mediada yanvarda benzinin yenidən bahalaşacağı ilə bağlı məlumatlar dolaşsa da, Tarif Şurası məlumatları təkzib edib.

Tarix
2014.01.02 / 20:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla