Yuxarı

SOCAR şefindən Tiflis açıqlaması

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan hakimiyyəti qarşısındakı bütün öhdəliklərini yerinə yetirir.

Report xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın "Rustavi-2" telekanalına müsahibəsində bildirib.

R.Abdullayev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi komandası ilə danışıqların yaxşı keçdiyini bildirib.

"Gürcüstan hakimiyyətinə qəbul üçün təşəkkür edirəm. "SOCAR Georgia" layihəsi uğurlu işləyir. Biz Gürcüstan hakimiyyəti qarşısında olan bütün öhdəliklərimizi yerinə yetiririk. Neft və qazın qiyməti ilə əlaqədar çətinliklərə baxmayaraq, öhdəliklərimizi yerinə yetiririk. Danışıqlara gəlincə isə, o, əsasən bir neçə texniki problemlə bağlı idi. Energetika Nazirliyi ilə birgə işləyərək bütün məsələləri həll edə biləcəyik", - deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, dünən Tbilisidə SOCAR nümayəndələri və Gürcüstanın hökumət rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və digər rəsmilər iştirak ediblər.

Tarix
2016.01.14 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla