Yuxarı

Maliyyə Nazirliyi: “Agentlik qeyri-dəqiqliyə yol verib”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 yanvar 2016-cı il tarixində "Standard and Poor’s" reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib.

Maliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi investisiya "BBB-" səviyyəsində təsdiq edilib, proqnoz isə "mənfi" saxlanıb.

Agentliyin yaydığı son hesabatda reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

Azərbaycan Maliyyə Nazirliyi "Standard and Poor’s" agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən "Standard and Poor’s" agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.

Tarix
2016.01.30 / 16:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla