Yuxarı

Zəlimxan Yaqub: “Onlar gəncliyimi əlimdən alıb”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi məndə biclik var

- Özünüzü necə təqdim edirsiz?

- Mən özümü heç vaxt təqdim eləmirəm, söhbətim, həmin insana münasibətim özü təqdimatdır.

- Yaqubov Zəlimxanla Zəlimxan Yaqub arasında hansı fərqlər var?

- Fərq çoxdur. Gənclik illərində təcrübə az olur. O vaxtı elə dövr idi ki, söyüdə də palıd deyirdik. Gənclik, ehtiras, çılğınlıq - bunlar insanı uçuruma da apara bilər, necə ki aparır. Mənim də gəncliyimlə bu günümün fərqi təcrübədədir, hər yaşın öz dövrü, hər dövrün də öz yaşı var. "Çərşənbə günündə çeşmə başında, Gözüm bir alagöz xanıma düşdü". Bunları deməyə insana iyirmi beş yaş kifayət edir. "Ayaq getdi, əl gətirdi, diş yedi, Baxmaqdan savayı gözə nə qaldı?!" - bu sözləri deməkçün isə doxsan il yaşamalısan. İndi məndə ağıl var, biclik var, dünyanı həqiqi mənada görmək var, ancaq gənclik illərindəki o coşqunluq, çılğınlıq, dəliqanlılıq yoxdur.

Sağlamlığımı itirdim, amma…

- Həyatdakı uğurlarınıza nələri qurban vermək məcburiyyətində qalmısız?

- Təbii ki, bu uğurlar elə-belə gəlməyib, onlar mənim gəncliyimi, sağlamlığımı əlimdən alıb. Həyatda nəyi qazanmalısansa, ondan artığını itirməsən, istədiyini əldə edə bilməzsən. Sağlamlığımı itirmişəm, amma yaddaşım yerindədir, çünki uşaqlığımdan yaddaşımı kitablarla, biliklərlə tərbiyə eləmişəm. Hazırda da mən bir kitab oxuyuram və artıq bitirmək üzrəyəm.

- Hansı kitabı oxuyursunuz?

- Məmməd Arazla bağlı bir kitabdır, həmin kitabda bütün Azərbaycan şairlərinin fikirləri yazılıb.

- Gənclərdən kimisə oxuyursuzmu?

- Əlbəttə... Gəncliyi oxumasan, gəncliyi öyrənməsən, kamillik əldə edə bilməzsən. Gənclik bizim keçmişimizdir, mən də gənc olmuşam, öyrənə-öyrənə gəlmişəm.

Günahlarım çox olub

- Günahınız çox olub?

- Elədiyim səhvlər, günahlar çox olub, o səhvləri, o günahları ki mən eləməyə bilərdim, eləmişəm. İndi düşünürəm ki, elədiyim günahları ayağımın altına yığsalar, başım göyə ucalar. Elədiyi xətaları dərk edən adam böyük adamdır.

Mənim ölümüm belə olacaq…

- Kənardan Zəlimxan Yaqub çox güclü görünür…

- Mən çox güclü adamam. Çox çətinliklər, çox pisliklər görmüşəm, amma o çətinliklərdən keçmişəm və bu günə gəlib çatmışam. Çünki güclü düşmənlərə qalib gəlməkçün özün də gərək güclü olasan. Mən özümü həm də ona görə güclü hesab edirəm ki, hal-hazırda kəskin ağrılarım var, amma siz bunu hiss etmirsiz. Çünki öz dərdimi, problemimi qarşımdakı insana hiss etdirməməyə çalışıram; sevincimi, gözəlliyimi insanlara paylayaram, dərdimi özümə saxlayaram. Ölməyimi də belə təsəvvür edirəm: səhnədə şeir oxuyuram və şeir oxuya-oxuya birdən-birə səhnədən gedirəm, yaddaşlarda necə varamsa, elə qalmaq istəyirəm. Gərək torpağa layiqli can aparasan.

Baş ömrü yaşamışam…

- Elə bir şeir varmı ki, atdığınız hər addımda dilinizə gəlir, unuda bilmirsiz?

- Bir şeirim var - "Yaşamışam" adlı, onu heç vaxt unuda bilmirəm, pis və yaxşı günümdə yadıma düşür.

Məni ömrün yolunda çox ölümlər haqladı,

Nə əqidəm sarsıldı, nə inamım laxladı.

Çətin gündə qollarım torpağı qucaqladı,

Ayaqda sürünmədim, baş ömrü yaşamışam...

Tarix
2013.11.06 / 09:00
Müəllif
Arzu Murad
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla