Yuxarı

Xalq artisti: “Atam məni aldadırdı ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlığım tez gəldi keçdi. Mən uşaqlıq görmədim. Çünki gözümü açandan - 3 yaşımdan atam əlimdən tutub dövlət televiziyasında radioya səsyazma studiyasına gətirdi. Atam Aşıq Məzahir uşaqlıqdan bizim hamımızı sənətə yönəldib.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xalq artisti, muğam ifaçısı Mələkxanım Eyyubova ATV-də yayımlanan "Ondan sonra" verilişində uşaqlığı haqda danışarkən deyib. O, uşaqlıq və gənclik dövrünün sənətdə keçdiyini bildirib:

- Hətta atam məni radioya gətirərkən aldadırdı ki, gedək, mən sənə şokolad alacam, gəl oxu. Bir dəfə nə qədər elədilər, səs yaza bilmədilər. Çünki oxuyub qurtarmamış deyirdim, şokoladımı verin də.

Uşaq vaxtımdan qardaşımla festivallarda iştirak edirdik, özfəaliyyət dərnəklərinə gedirdim. Musiqi məktəbinə qoydular, qarmon sinfinə. Bir yandan oxuyurdum, bir yandan musiqi ifa edirdim. Digər tərəfdən məktəbə gedirdim. Bilmirəm uşaqlığım necə keçib, ancaq böyük səhnələrdəydim. Bir də gördüm ki, məktəbi bitirirəm və artıq universitet vaxtı gəlir. Bir göz qırpımında keçdi. Amma sənətdə, sənətkar ailəsində böyüdüm, sənətlə yetişdim. Mənim qulağım, beynim, ürəyim – bütün düşüncəm muğamla, aşıq musiqisi ilə, sənətlə bağlı oldu.

Müğənni sənətdə qalmasından da danışıb:

- Məktəb evdən başladı. O vaxt qız uşağı üçün bir az çətin dövr idi. Bir az başa düşəndən sonra dedim, yox, mən bu sənətə gələ bilmərəm. Atam o qədər təkid elədi ki! Həyatda birinci atam, ailə qurandan sonra isə həyat yoldaşım qoymadı bu sənətdən geri çəkilim.

Tarix
2016.11.02 / 15:01
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla